47 saylı Mingəçevir Seçki Dairəsi LƏĞV OLUNMALIDIR!!! - Prezidentə daha bir müraciət
47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd olmuş, DİA.AZ saytının baş redaktoru Məhəmməd (Ərsoy) Zamanov Prezident İlham Əliyevə növbəti dəfə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
"Cənab Prezident! Mən, vətənini və millətini sevən və bu sevgini yaşam tərzinə çevirən bir kəs olaraq hər zaman dövlətimin adını uca tutmağa çalışmışam. Yəni mənim üçün vətənpərvərlik bir sözdən daha yüksəkdə dayanmaqla yanaşı əsas stimulum olub və bundan sonra da belə olacaq.
Cənab Prezident! Mən bu mahiyyətlə Sizin çağırışınıza söykənərək 9 Fevral parlament seçkilərinə namizəd olaraq qatıldım.
Amma yazıqlar olsun ki, 47 saylı Mingəşevir Seçki Dairəsi nə Sizin yeniləşmə siyasətinizə, nə də Azərbaycan dövlətçiliyinə, onun qanunlarına ayaq uyudura bilmədi, əksinə, bu dairə və bu dairəyə aid bütün məntəqələr total saxtalaşdırmaya yol verərək əslində, dövlətimizi, onun ədalətdən yoğrulmuş sütunlarını baltalamış oldular.
Cənab Prezident! Mən bu gün yenə də Sizin siyasətinizə, dəst-xəttinizə ümid edən bir vətəndaş olaraq Sizdən böyük ədaləti gözləyirəm. İnanıram ki, 47 saylı dairənin saxta nəticələri Azərbaycanımızın yeniləşən mənzərəsinə yamaq kimi pərçimlənməyəcək.
Hər kəs Mingəşçevirdə, habelə bütün Azərbaycanda gözəl bilir ki, bu gün 47 saylı dairədən qalib kimi təqdim olunan Aydın Mirzəzadə real nəticələrdə ən aşağı göstəricilərə layiq olub. Amma total saxtalaşdırma onu qalib elan etdi ki, bu da kifayət qədər narahatçılıq doğurmaqdadır.
Cənab Prezident! Mən Sizdən bir vətəndaş olaraq 47 saylı dairədə hüquqlarımızın bərpa olunmasına kömək etməyinizi, bu dairəni və bu dairəyə aid seçki məntəqələrinin ləğv edilərək yenidən formalaşdırılmasına, yeni DSK ilə yenidən seçkilərin keçirilməsinə köməklik göstərməyinizi xahiş edirəm".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır