SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MAHİR ABBASZADƏNİN VƏZİFƏSİ NİYƏ GİZLƏDİLİB? - MSK-nın rəsmi saytında yanlışlıq var, yoxsa... - FAKT

MAHİR ABBASZADƏNİN VƏZİFƏSİ NİYƏ GİZLƏDİLİB? - MSK-nın rəsmi saytında yanlışlıq var, yoxsa... - FAKT

Tarix:

11-01-2020, 23:20

/ 2 407 dəfə oxundu.
MAHİR ABBASZADƏNİN VƏZİFƏSİ NİYƏ GİZLƏDİLİB? - MSK-nın rəsmi saytında yanlışlıq var, yoxsa... - FAKT

121 saylı Laçın Seçki Dairəsindən deputatlığa namizədliyi təsdiqlənən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə ilə bağlı MSK-nın rəsmi saytında yanlış məlumat qeyd edilib.

Mia.az xəbər verir ki, MSK-nın saytında Mahir Abbaszadənin deputatlığa namizəd kimi qeydə alındığı bildirilən siyahıda onun adı "işsiz" kimi göstərilib. Halbuki, seçkiyə qatılan digər deputatların adlarının qarşısında "Milli Məclisin deputatı" sözü qeyd edilib.
Məsələnin digər maraqlı tərəfi budur ki, M.Abbaszadə deputat olmaqla yanaşı, digər vəzifə də tutur.
O, 15 noyabr 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib və hal-hazırkı günə qədər bu vəzifənin başındadır. (https://www.mia.az/w691837/Deputat_Mahir_Abbaszad%C9%99y%C9%99_y%C3%BCks%C9%99k_v%C9%99zif%C9%99_verildi_-_%3Cfont_color=red%3ET%C6%8FY%C4%B0NAT)
Maraqlıdır, parlamentin erkən buraxılmasına səs verən Mahir Abbaszadənin adının qarşısında "Milli Məclisin deputatı", yaxud "Fond sədri" yazılmaması nə ilə bağlıdır? Bu səhv onun məlumatları DSK-ya təqdim etməməsi ilə əlaqəlidir, yoxsa, bu, DSK-nın yanlışlığıdır?

Məsələ ilə bağlı deputatdan münasibət öyrənə bilmədik.

Onu da qeyd edək ki, M.Abbaszadənin hələlik cəmiyyətə bəlli olan 16 rəqibinin 4-ü işsiz, 5-i müəllim, 1-i təqaüdçü, 1-i jurnalist, qalan 5-i isə müxtəlif peşə sahibləridir.
MAHİR ABBASZADƏNİN VƏZİFƏSİ NİYƏ GİZLƏDİLİB? - MSK-nın rəsmi saytında yanlışlıq var, yoxsa... - FAKT

Şərhlər

XƏBƏR LENTİ