Laçının deputatından məcburi köçkünlərə HÖRMƏTSİZLİK: Yaşlı insanları ayaqüstə saxladı (FOTOLAR)
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin 121 saylı Laçın seçki dairəsindən seçilmiş deputatı Mahir Abbaszadə Şirvanda və Kürdəmirdə məcburi köçkünlərlə görüş keçirib.
Demokrat.az xəbər verir ki, açıq havada təşkil olunan görüş zamanı deputat özü stulda əyləşib, ancaq qəbula gələn məcburi köçkünləri ayaqüstə qarşılayıb.
Həmin məcburi köçkünlərin arasında yaşlı insanların da ayaqüstə qarşılanması sosial şəbəkələrdə ciddi narazılıqlara səbəb olub.
Bir çox insanlar deputatın bu cür hərəkətini məcburi köçkünlərə hörmətsizlik kimi qəbul edərək, ona öz narazılıqlarını bildiriblər.
Qeyd edək ki, Mahir Abbaszadənin özü də Laçın rayonundan məcburi köçkündür.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək