SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı restoranlarında fantastik Yeni il qiymətləri: - Cibiniz dolu deyilsə, bayramda evdən çıxmayın

Bakı restoranlarında fantastik Yeni il qiymətləri: - Cibiniz dolu deyilsə, bayramda evdən çıxmayın

Tarix:

18-12-2019, 09:51

/ 961 dəfə oxundu.
Bakı restoranlarında fantastik Yeni il qiymətləri: - Cibiniz dolu deyilsə, bayramda evdən çıxmayın

Yeni il müxtəlif ölkələrdə eyni həvəs, eyni ruh yüksəkliyi, eyni coşqu ilə qarşılanır.

Bunun üçün hər ölkədə xüsusi hazırlıqlar görülür.

Qeyd edək ki, artıq 2020-ci ilə sayılı günlər qalıb. Kimi qarşıdan gələn Yeni ili ailəsi ilə birlikdə evində keçirməyi üstün tutacaq, kimi xarici ölkəyə səfər edəcək, kimi isə növbəti ili hansısa restoranda qarşılayacaq.

Bu isə bir növ restoranlar arasında rəqabət yaradır. Müştəri cəlb etmək üçün restoranlar xüsusi menyular hazırlamağa çalışırlar. Bu isə öz növbəsində qiymətlərə təsir göstərir.

Maraqlıdır, restoranlarda bir nəfər üçün Yeni il qeyd etməyin qiyməti nə qədərdir?

Cebhe.info məsələ ilə bağlı restoranlar arasında sorğu keçirib.

“Oazis” restoranından verilən açıqlamada bildirilib ki, qiymət 100-150 manat arası dəyişir:

“Oazis restoranında Yeni il günü bir nəfər üçün yer 100-150 manatdır”.

“Şirvanşah” restoranından isə ayrıca kabinetlərdə Yeni il üçün xüsusi qiymətin tətbiq edilmədiyi qeyd edilib:

“Ayrıca kabinetdə Yeni il keçirmək istəyənlər üçün xüsusi ödəniş tələb olunmur. Nə yeyirlərsə, onun pulunu ödəyirlər. Amma ümumi zalda hər nəfər üçün yer 200 manatdır”.

“Çanaqqala" restoranın isə vəziyyət bir qədər fərqlidir. Belə ki, burada digər restoranlarla müqayisədə qiymətlər nisbətən ucuzdur. Restorandan verilən məlumata görə, orada Yeni il üçün qiyməti 60, 80, 100 manat olan 3 menyu mövcuddur:

“Bizdə bayramda yerlər 60, 80 və 100 manat olacaq. Bu, ümumi zal qiymətləridir. Lakin təbii olaraq menyu qiymətə uyğun olaraq dəyişir. Məsələn, 60 manatlıq menyuda soyuq qəlyanaltılara çörək, pomidor, xiyar, müxtəlif çeşit pendirlər, turşu, süzmə, zeytun, blinçik, mimoza, paytaxt və toyuq salatı daxildir. İsti yeməklərə isə lülə, tikə, toyuq, hinduşka kababı və kartof lüləsi aiddir. İçkilərdə isə çaxır, qazlı su, təbii şirə, kompot, şampan, limonad və araq əks olunur. Desertlərdə isə meyvə və çay mövcuddur. 80 və 100 manatlıq menyuda isə bəzi əlavələr mövcuddur”.

Şərhlər

XƏBƏR LENTİ