Bakıda restoranlardan müştərilərə qarşı yeni tələb
Bakıda müştərisi bol olan restoranlar depozit əsasında fəaliyyət göstərəməyə başlayıb.
Müştəri masa arxasına əyləşdikdə nə sifariş verməsindən asılı olmayaraq restoranın minimum məbləğini ödəməlidir. Bu məbləğ isə adətən 50 manatla 150 manat arasında dəyişir.
Restoran rəhbərliyi bu addımın hər bir masadan normal qazanc əldə etmək üçün atıldığını bildirir.
Depozitlərin digər məqsədi müştəriləri müəyyən maddi-sosial təbəqədə formalaşdırmaqdır. Belə depozitlər, əsasən, həftəsonu günün ikinci yarısında və ya xüsusi günlərdə daha çox tətbiq edilir və əvvəlcədən müştəriyə məlumat verilir. Bu hal isə bəzilərinin narazılığına səbəb olur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu hal qanunla tənzimlənmədiyindən restoranlar sui-istifadə edirlər.
Eyyub Hüseynov bildirir ki, müştərilər bu hala yalnız həmin restoranı baykot etməklə cavab verə bilər ki, sahibkar qaydaları ləğv etməyə məcbur olsun.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək