XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Biznesmenin oğlunu bıçaqlayan şəxsə ağır cəza verildi

Biznesmenin oğlunu bıçaqlayan şəxsə ağır cəza verildi

Biznesmenin oğlunu bıçaqlayan şəxsə ağır cəza verildi
17-12-2019, 17:40

Əliyar Qasımovu bıçaqlayan şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Məhkəmənin hökmü ilə Tural Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu iş üzrə zərərçəkənlər Əliyar Qasımov və Sabir Tarverdiyevdir. Təqsirləndirilən Tural Məmmədovla Əliyar Qasımov dostluq münasibətində olublar. Hadisə baş verən gün Tural Əliyar Qasımovun yanına gələrək iddia edib ki, Əliyar onun münasibətdə olduğu xanımla danışıb.

Buna görə də Əliyar Qasımova bir neçə bıçaq zərbəsi endirib. Əliyar əli ilə bıçağı tutaraq özünü qorumağa çalışıb. Hətta onu öldürməməsi üçün yalvarıb.

Hadisə yerində olan Sabir Tarverdiyev də ayaq nahiyəsindən bıçaq zərbəsi alıb. Hadisə şahidlərinin də dediyinə görə, Əliyar sonda onu xəstəxanaya aparmağı xahiş edib. Amma Tural Məmmədov "sən ölməli adamsan" deyib və bıçağı yerə ataraq oradan uzaqlaşıb.

Tural Məmmədov əməlindən peşman deyil. Əliyar Qasımov ifadəsində Turalla dost olduqlarını deyib. O, bildirib ki, Tural son zamanlar narkotik vasitə istifadə etməyə başlayıb və dostları tərəfindən bu hərəkətinə görə qınanılıb və bir çoxları ilə münasibəti pozulub.

Əliyar deyib ki, Tural narkotik istifadə etdikdən sonra absurt söhbətlər etməyə başlayıb. Bunlardan biri də hadisənin baş verməsinə səbəb olan söhbətdir. Əliyar mübahisə zamanı Turala sadəcə "biz dostuq, şəxsiyyətin olsun" deyə irad bildirib.

Əliyar Qasımov biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.