XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nərimanov rayonunda Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub

Nərimanov rayonunda Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub

Nərimanov rayonunda Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
13-12-2017, 15:30

Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, batalyon komandiri Əliyar Yusif oğlu Əliyevin Nərimanov rayonunda şəhidin adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub.
xalqxeber.az xəbər verir ki, Nərimanov və Qubadlı rayonunun rəhbərliyi, Milli Qəhrəmanın ailəsi, yaxınları, döyüş yoldaşları, rayon gəncləri və ictimaiyyətinin qatıldığı tədbir Əliyar Əliyevin həyat yolundan danışaraq onunla bağlı əziz xatirələrini bölüşüblər.
Hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı sərbəst güləş üzrə dəfələrlə SSRİ çempionu, idman ustası Əliyar Əliyevin məşqçi və pəhləvan kimi dəyərli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Ə.Əliyevin yetirmələri arasında 8 nəfər respublika və SSRİ çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Əliyar Əliyevin tək Qubadlı rayon camaatının deyil, bütün xalqımızın fəxarətlə andığı, daim qəlblərdə uca tutduğu igid bir Vətən övladı olduğunu deyib.
İcra başçısı Heydər Əliyevin xüsusi tapşırığı ilə Milli Qəhrəmanının ailəsinin Nərimanov rayonunda mənzillə təmin olunduğunu xatırladıb.
Sonra çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müharibə illərinin canlı şahidi kimi Əliyar Əliyevin və onun rəhbəri olduğu batalyonun erməni təcavüzkarlarına qarşı amansız mübarizəsindən bəhs edib.
Əliyar Əliyevin oğlu, milli ordunun zabiti Emin Əliyev çıxış edərək bütün şəhid ailələri adından Milli Qəhrəmanın xatirəsinə göstərilən ehtirama və şəhid ailələrinə olan diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Nərimanov rayonunda Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
Nərimanov rayonunda Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
Nərimanov rayonunda Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.