SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Faşizm üzərində əldə olunan Şanlı Qələbənin dövlət səviyyəsində qeyd olunması

Faşizm üzərində əldə olunan Şanlı Qələbənin dövlət səviyyəsində qeyd olunması

Tarix:

7-05-2024, 11:47

/ 295 dəfə oxundu.
Faşizm üzərində əldə olunan Şanlı Qələbənin dövlət səviyyəsində qeyd olunması

 
Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında dedidiyi unudulmaz sözləri: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir”.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlişi ilə  "9 May - Qələbə Günü" yenidən dövlət bayramları sırasına daxil edilmiş və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülməkdədir.
Keçmiş Sovet İttifaqının Böyük Vətən müharibəsi illərində alman-faşist işğalçılarına qarşı mübarizəsində digər xalqlarla yanaşı Azərbaycan xalqı da ön və arxa cəbhədə şücaət və igidliklər göstərmiş, ümumbəşəri borcunu ləyaqətlə yerinə yetirərək faşizm üzərindəki qələbəyə öz dəyərli töhfələrini vermişdir.
 1941-ci ilin iyununda müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə sayı 3,3 mln nəfər təşkil edən Azərbaycan əhalisinin 1,2 mln nəfəri hərbi səfərbərlik üçün müəyyən edilmiş 20-50 yaşlarında olduğu üçün müharibənin ilk həftəsində 40 min nəfər könüllü olaraq orduya səfərbər olundu. 
Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmış, onların, təxminən, yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərmişdilər.
Vətənin azadlığının və xalqın şərəfinin müdafiə olunması məqsədi ilə aparılan əsl ümumxalq mübarizəsi idi.
“Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”- Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi üçün dediyi tarixi sözləri.
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə çıxış edərək demişdir: “Böyük Vətən müharibəsinə verilmiş qurbanlar, o cümlədən Azərbaycan xalqının verdiyi qurbanlar və igid oğulların mərdliyi bugünki gənc nəslə və gələcək nəsillərə nümunədir”.
Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və Ulu Öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.
 
Aynur Xəlilova - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ