"Heç kimin qabağından qaçan oğlan olmamışam" - "Cəbişxana"dakı cinayət işi
Yeyib-içdikdən sonra adam bıçaqlayan şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1990-cı il təvəllüdlü Əlişanov Buğday Davud oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hadisə 2017-ci ilin 24 iyulunda Şabran rayonu Pirəbədil kəndində baş verib. Buğday Əlişanov həmkəndlisi Tural Məmmədovu bıçaqlayıb.
İttihama görə, B.Əlişanov qardaşı Seyidağa Əlişanovla kənddəki "Cəbişxana" kafesində yeyib içirmişlər. Bu zaman kafedə digər masada həmkəndliləri Tural Məmmədov, tanışları Sənan, Saleh və Mənsur da çay içirmişlər. Buğdayın qardaşı Seyidağa yan masadakı Mənsuru yanına çağırıb.
Mənsur isə "sözün varsa, özün gəl" deyə ona cavab verib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Buğday qardaşı Seyidağanı da götürərək kafedən uzaqlaşıb.
Bir neçə dəqiqə sonra Əlişanov qardaşları kənddə Tural Məmmədov və kafedə onunla birlikdə əyləşən şəxslərlə yenidən rastlaşıblar. Bu zaman buğday Əlişanov həmin şəxslərə yaxınlaşaraq "kimsə mənim arxamca danışa bilməz. Mən heç kimin qabağından qaçan oğlan olmamışam" deyərək mübahisə etməyə başlayıblar. Bu zaman tərəflər bir-birinin ünvanına söyüşlər söyüblər və əlbəyaxa olublar. Buğday Əlişanov cibində olan bıçağı çıxararaq Tural Məmmədovun böyrünə zərbə endirib.
Məhkəmədə təqsirləndirilən şəxs Buğday Əlişanov ittihamda yazılan kimi ifadə verib. Zərərçəkmiş Tural Məmmədov da eyni məzmunlu ifadə verib. Tərəflər arasında barışıq əldə edilib. Buğday Əlişanov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var