İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?
Məlum olduğu kimi, reqlament üzrə bu ilin noyabrında keçirilməli olan növbəti parlament seçkisinin vaxtının daha əvvələ çəkiləcəyi gözlənilir. Artıq Milli Məclisin yeni heyəti ətrafında müzakirələr başlayıb və parlamentin tərkibində əhəmiyyətli dəyişikliklərin olacağı proqnozlaşdırılır. Bir çox dairələrdə, xüsusilə də yaşlı deputatların mandatla vidalaşacağı gözlənilir.
“AzPolitika”-nın əldə etdiyi məlumata görə, deputatı yenilənəcək dairələr sırasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsi də var.
Belə ki, bu dairəni Milli Məclisdə təmsil edən Aqiyə Naxçıvanlını Oğuz rayonunun hazırkı icra başçısı Eyvaz Qurbanovun əvəz edəcəyi gözlənilir.
Bu, Qurbanovun ilk deputatlığı olmayacaq. Belə ki, 2011-ci ildə Oğuzun icra başçısı təyin edilən E.Qurbanov 2005–2010-cu illərdə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli MəclisininIII çağırış deputatı olub.
Daha əvvəl - 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru olan Qurbanov 2000-ci ildən Bakı Olimpiya Kompleksinin direktoru vəzifəsində çalışıb.
13 ildir Oğuza başçılıq edən E.Qurbanovun yenidən parlament üzvlüyünə qayıtması daha çox ölkənin idarəetmə strukturunda gözlənilən dəyişikliklər və icra hakimiyyəti institutunun ləğvi perspektivi ilə əlaqələndirilir.(“AzPolitika”)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub