SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Mehdiyevin kürəkəni danışdı: - “Özbaşına edə bilmərəm...”

Ramiz Mehdiyevin kürəkəni danışdı: - “Özbaşına edə bilmərəm...”

Tarix:

13-12-2019, 10:40

/ 1 159 dəfə oxundu.
Ramiz Mehdiyevin kürəkəni danışdı: - “Özbaşına edə bilmərəm...”

"Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”.
Bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.

O, bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər:

“Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.

Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.

Şərhlər

XƏBƏR LENTİ