Ramiz Mehdiyevin kürəkəni yenidən məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev barəsində məhkəmə iddiası qaldırılıb.
Xalqxeber.az xəbər verir ki, Yeniavaz.com-un əldə etdiyi məlumata görə, İlham Əliyeva qarşı qaldırılan məhkəmə iddia ilə bağlı avqust ayının 16-da Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyilə hazırlıq iclası keçrilib. Növbəti məhkəmə iclası sentyabr ayının 1-nə təyin olunub.
Məhkəmə iddiasının müqavilənin ləğv olunması ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəninə qarşı iddia İbrahimov Mənsur Nəmətulla oğlu tərəfindən qaldırılıb. Məhkəmə prosesində maraqlı şəxs kimi “Dostluq-MK” MMC adlı şirkət də iştirak edir.
Məlumat üçün bildirək ki, İlham Əliyev Azərbaycan Milli Məclisinin IV və V çağırış (2010-2020-ci illər) deputatı olub. Mehdiyevin kürəkəni həm 2010, həm də 2015-ci illərdə 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. Məhkəmədə maraqlı tərəf kimi iştirak edən “Dostluq-MK” MMC də İlham Əliyev deputat seçildikdən qısa müddət (4 ay) sonra – 18.03.2011-ci ildə Şabran rayonunun Gəndob kəndində qeydiyyata alınıb. Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, İlham Əliyev “Dostluq-MK” MMC vasitəsilə Gəndob kəndi ərazisində kənd təsərrüfatı fəaliyyətilə məşğul olub. Kənd sakinlərilə İlham Əliyev arasında dəfələrlə torpaq mübahisələri yaşanıb.
Onu da bildirək ki, 2 ilə əvvəl – 18 avqust 2020-ci il tarixində ölkədə sərt karantin rejiminin olmasına baxmayaraq İlham Əliyev qızına toy mərasimi keçirib. Ramiz Mehdiyevin və tanınmış şəxslərin iştirak etdiyi toy mərasimi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub. İlham Əliyev isə karantin qaydalarını pozduğu üçün Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?