SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Habil Vəliyev azadlığa çıxdı - Foto

Habil Vəliyev azadlığa çıxdı - Foto

Tarix:

6-12-2019, 14:50

/ 5 037 dəfə oxundu.
Habil Vəliyev azadlığa çıxdı - Foto

2016-cı ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilən «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə, H.Vəliyevin cəzasının qalan hissəsi şərti məhkumetmə ilə əvəz edilərək o, azadlığa buraxılıb.

Qeyd edək ki, Habil Vəliyev Bakı Ağır Cinayətlərə Dair Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu il Dekabrın 5-də onun cəza çəkmə müddətinin 3 ili tamam olub. H.Vəliyevin vaxtından əvvəl azadlığa çıxması üçün cəza çəkdiyi 10 saylı müəssisənin rəisi, polkovnik Fikrət Qafarovun təqdimatı ilə onun sənədləri ərazi üzrə Nərimanov rayon məhkəməsinə göndərilmişdi.
Habil Vəliyev azadlığa çıxdı - Foto

Şərhlər

XƏBƏR LENTİ