Habil Vəliyevin vəkili çıxış etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.
"Hakim Fikrət Qəribovun icraatında olan prosesdə H.Vəliyevin vəkili Rəsmiyyə Qəhrəmanova müdafiə çıxışı edib.
O bildirib ki, zərərçəkənlərin heç bir şikayəti yoxdur və H.Vəliyevin həbsdə qalmasını istəmirlər: "Onun yolunu gözləyən 3 övladı, 80 yaşlı ata-anası var. Xahiş edirəm, həbslə bağlı olmayan hökm çıxarasınız".
Proses aprelin 25-də davam etdiriləcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək H.Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır