SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mübariz Mənsimov mərhum aktrisanın qızından yazdı: “Gələcəyin öz əlindədir”

Mübariz Mənsimov mərhum aktrisanın qızından yazdı: “Gələcəyin öz əlindədir”

Tarix:

5-12-2019, 15:46

/ 913 dəfə oxundu.
Mübariz Mənsimov mərhum aktrisanın qızından yazdı: “Gələcəyin öz əlindədir”

"Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhərdən yazıb.

Pravda.az həmin yazını təqdim edir:

“Dekabrın 4-də çox möhtəşəm bir gün oldu. Qardaşım Mahsum Kırmızıgül “Möcüzə-2 AŞK" filminin təqdimat mərasimini keçirdi. Dostum Mahsum bəy sözün həqiqi mənasında, möcüzə yaratmışdı. Bu filmin ərsəyə gətirilməsi üçün onun hansı əziyyətlər çəkdiyini, hansı həyəcanlar keçirdiyini yaxşı bilirəm. Nəticədə rəhbərlik etdiyi peşəkar heyət ictimaiyyətə gözəl bir əsər təqdim etdi. Əziz qardaşıma “əllərinə sağlıq” deyib gələcək işlərində bundan da böyük uğrlar arzu edirəm.
Mərasimdə bir hadisə də baş verdi ki, məni sevindirdi. Azərbaycanın əməkdar artisti, mərhum Xanım Qafarovanın qızı Gövhər, Türkiyənin məhşurları ilə qırmızı xalçadan keçdi. Doğrudur, bu filmdə ona verilən rol kiçik idi, amma Gövhər qızımız peşəkarlarla çalışdı, həftələrlə onlarla birgə əziyyət çekdi və gələcək işləri üçün böyük təcrübə topladı. Amma bundan böyük uğur və mənim ürəyimi dağa döndərən hadisə odur ki, Gövhər qırmızı xalçadan keçərkən bütün türk mətbuatının önündə Azərbaycanımızı təmsil edirdi. Gövhər qızım, hər zaman Vətənimizi belə layiqli şəkildə təmsil etməyini arzu edirəm. Sənə baxıb sevinmək o qədər gözəl hiss idi ki, bu anları yenidən yaşamaq hər birimiz üçün böyük fəxr, şərəf və böyük arzudur. Həmin möhtəşəm mərasimdə hər kəs bilirdi ki, sən Azərbaycandan gəlmisən. Bir arzum da var! Əlbəttə ki, sənin gələcəyin öz əlindədir. Burada söz sahibisən, istədiyin kimi öz iş fəaliyyətini qura bilərsən. Bununla belə arzu edərdim ki, bu sənin ikinci sənətin olsun və burada da bizi yüksək səviyyədə təmsil edəsən”.

Şərhlər

XƏBƏR LENTİ