SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mübariz Mənsimov Xanım Qafarovanın qızına mənzil bağışladı

Mübariz Mənsimov Xanım Qafarovanın qızına mənzil bağışladı

Tarix:

8-01-2018, 18:07

/ 2 220 dəfə oxundu.
Mübariz Mənsimov Xanım Qafarovanın qızına mənzil bağışladı

Məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov mərhum aktrisa Xanım Qafarovanın qızına mənzil hədiyyə edib.

Bu bardədə millət vəkili Qənirə Paşayeva bildirib:
“Mərhum aktrisamız Xanım Qafarovanın kiçik yaşlı balası, yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. Hər ay baş çəkirəm bu ailəyə. Əlimizdən gələn dəstəyi göstəririk, amma mənzillə kömək imkanlarımız olmadığından bir çox şirkətlərimizə, iş adamlarına müraciət etdim ki, bu ailəyə dəstək olsunlar. Amma dəstək olmaq istəyən yox idi. Nəhayət “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz müəllimə xahiş etdim ki, bu ailəyə mənzil köməyi olunsun. Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim. Mübariz müəllim "Qənirə xanım qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik" dedi”.

Qənirə Paşayeva deyir ki, bu cavabı eşidəndə çox duyğulanıb:

“Necə təşəkkür etdiyimi də o həyəcanın təsirindən xatırlamıram. Bir az əvvəl də danışdıq Mübariz müəllimlə. Mübariz müəllim balaca Gövhərə evi hədiyyə etdiyini dedi və bildirdi ki 20-gün içərisində evin içərisi tam hazır olacaq və Gövhər nənəsi ilə yeni mənzildə xoşbəxt böyüyəcək. Uşaq kimi sevinirəm. Sanki o ev mənim övladıma hədiyyə edilib. Mübarizə müəllimə çox təşəkkür edirəm ki, hər zaman olduğu kimi, yenə də mərdliyini, millətini sözdə deyil, əməldə sevənlərdən olduğunu bir daha göstərdi.
Gövhərgilə evlə kömək edilməsi üçün bir çox şirkətlərə müraciət etmişdim və bunu etmək onların gücündə olsa da, etməmişdilər. Demək ki mərdlik, səxavət varla, dövlətlə olmur. Bu bir xarakterdir. Mübariz müəllim hər zaman Türkiyədə ona üz tutan, çətin vəziyyətdə qalan tələbələrlə, xəstələrə əl tutub və hər kəs onun necə bir xeyirxah insan olduğunu bilir. Balaca Gövhərə dəstək verməsi də ümid edirəm ki, bir çox iş adamlarına, şirkətlərə örnək olacaq. Allah əvəzini versin və təşəkkürlər Mübariz müəllim”.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarova 11 iyul 2014-cü il tarixində dünyasını dəyişib. 1967-ci il təvəllüdlü X.Qafarova süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Onun atasız böyüyən qızı nənəsi ilə yaşayır.

Şərhlər

XƏBƏR LENTİ