SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Onlara bir şey olarsa, sehr pozulacaq…” – Mübariz Mənsimov

"Onlara bir şey olarsa, sehr pozulacaq…” – Mübariz Mənsimov

Tarix:

23-07-2019, 09:37

/ 662 dəfə oxundu.
"Onlara bir şey olarsa, sehr pozulacaq…” – Mübariz Mənsimov

Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbulda müalicə olunan xalq artisti Yalçın Rzazadəyə baş çəkib.
İş adamı bu haqda sosial şəbəkədə paylaşım edərək yazıb:

Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir... Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir...

Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin.

Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi. Xalqın dəyərli sənətkarı, Allah sizi başımızdan əskik etməsin! Büyük Qardaşım Vahid bəylə sizi dinlədikcə gəncliyimizə, sanki uşaqlıq illərinə geri dönürük. Fərqli duruşunuzla, gözəl səsinizlə hər zaman səhnəmizi bəzədiniz. "Bakı, sabahın xeyir" mahnısını bu gün belə dinlədikcə sanki o sabahı yaşamış oluram. Sizin gözəl ifa etdiyiniz daha bir mahnı da var - Cabir Novruzun sözlərinə:

Bir arzum var, ay adamlar qoyun deyim,

Saqlığında qiymət verin insanlara.

Yaxşılara sağlığında yaxşi deyin,

Sağlığında yaman deyin yamanlara.

Yanlız, yanlız sağ olanda. Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz. Allah sizə şəfa versin, ustad! Hər zaman var olun! Keçmişi olmayanın gələcəyi heç bir zaman olmaz, bunu unutmayaq”.
"Onlara bir şey olarsa, sehr pozulacaq…” – Mübariz Mənsimov
"Onlara bir şey olarsa, sehr pozulacaq…” – Mübariz Mənsimov
"Onlara bir şey olarsa, sehr pozulacaq…” – Mübariz Mənsimov

Şərhlər

XƏBƏR LENTİ