SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gülağa Aslanlı jurnalisti məhkəməyə verir

Gülağa Aslanlı jurnalisti məhkəməyə verir

Tarix:

25-11-2019, 12:29

/ 764 dəfə oxundu.
Gülağa Aslanlı jurnalisti məhkəməyə verir

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan azərbaycanlı mühacir, keçmiş jurnalist Yafəz Həsənovu məhkəməyə verir.

Gülağa Aslanlı bu barədə öz Faceook hesabında yazıb.

O bildirib ki, şər və böhtana görə jurnalisti məhkəməyə verir və son tamamlanma işləri gedir.

Gülağa Aslanlı qeyd edib ki, məhkəmənin qərarı olmadan qaldırılan iddialar, atılan böhtanlar elə iddia və böhtan olaraq qalır.

Aparat rəhbəri növbəti addımda Almaniya Məhkəməsinə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, Yafəz Həsənov “Mühacir alveri”ndə adı keçən Müsavat Partiyası rəhbər şəxslərinin və funksionerlərinin siyahısını açıqlamışdı.

Şərhlər

XƏBƏR LENTİ