Tofiq Yaqublu: “Müsavat partiyasında fikir ayrılığı var”
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu digər müavin Elman Fəttahın vəzifəsindən istefa verməsinə münasibət bildirib
T. Yaqublu açıqlamasında E. Fəttahın haqlı olduğunu bildirib:
"Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır".
T. Yaqublu partiyadakı fikir ayrılığının nədən ibarət olduğunu şərh etmək istəməyib.
Qeyd edək ki, E. Fəttah Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarəçiliyində yaranan fikir ayrılığı ilə əsaslandırıb.
**
12:37
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı başqan müavini Elman Fəttahın istefasına münasibət bildirib.
G. Aslanlı açıqlamasında Müsavat Partiyasında fikir ayrılığının normal olduğunu deyib: "Burda fikir ayrılığı ola bilər, çünki demokratik partiyadır. Partiyada qərarlar müzakirə yolu ilə qəbul edilir. Ancaq bununla yanaşı, demək olmaz ki, partiyanın idarə edilməsində istefaya səbəb ola biləcək ciddi fikir ayrılığı var".
G. Aslanlı qeyd edib ki, E. Fəttah istefa ərizəsini təqdim etmədiyindən onun istefa verməsinin səbəbləri barədə məlumatsızdır.
Qeyd edək ki, E. Fəttah Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarə edilməsində yaranan fikir ayrılığı ilə əsaslandırıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək