SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Siyavuş Novruzovun tənqid etdiyi sabiq nazirlər - SİYAHI

Siyavuş Novruzovun tənqid etdiyi sabiq nazirlər - SİYAHI

Tarix:

7-09-2019, 16:22

/ 1 468 dəfə oxundu.
Siyavuş Novruzovun tənqid etdiyi sabiq nazirlər - SİYAHI

Xəbər verdiyimiz kimi, Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirləri tənqid edib və deyib: “Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeylərini bildirmirlər. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”

Unikal.org S.Novruzovun tənqid etdiyi sabiq nazirlərin siyahısını hazırlayıb.

8 avqust 2002-ci il - 13 fevral 2017-ci ilə kimi Nəqliyyat Naziri işləmiş Ziya Məmmədov,

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, Nəqliyyat Nazirin müavini vəzifəsində 23 iyul 2009-cu ildən 13 fevral 2017-ci ilə kimi işləmiş Arif Əsgərov,

23 oktyabr 2004 — 22 oktyabr 2013-cü ilə kimi Kənd Təsərrüfatı Naziri, 22 oktyabr 2013 - 21 aprel 2018-ci ilə kimi Azərbaycan Respublikası Baş Nazirinin müavini olmuş İsmət Abbasov,

20 iyul 1995-ci ildən 21 aprel 2018-ci ilə kimi Azərbaycan Respublikasının Baş nazirinin müavini işləmiş Abid Şərifov,

17 dekabr 2002 - 22 oktyabr 2013 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri, 22 oktyabr 2013 - 21 aprel 2018-ci ilə kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləmiş Səlim Müslümov,

17 aprel 2007 — 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Respublikası Hesablama Palatasının sədri, 22 oktyabr 2013-21 aprel 2018 Kənd Təsərrüfatı Naziri Heydər Əsədov,

7 fevral 2006 - 22 oktyabr 2013-cü ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Fizuli Ələkbərov,

1995-ci ildən 22 oktyabr-2013-cü il 6 fevral tarixindək Müdafiə naziri işləmiş Səfər Əbiyev,

23 may 2001 — 21 aprel 2018-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər naziri işləmiş Hüseynqulu Bağırov və "Azərsu" ASC-nin keçmiş sədri Nizaməddin Rzayev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovda var.

Şərhlər

XƏBƏR LENTİ