SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Almaniyada şəkillərimi yayıblar – Azərbaycanlı jurnalist

Almaniyada şəkillərimi yayıblar – Azərbaycanlı jurnalist

Tarix:

28-08-2019, 15:10

/ 930 dəfə oxundu.
Almaniyada şəkillərimi yayıblar – Azərbaycanlı jurnalist

Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsnlinin həyatına təhlükə var.
“Yeni Sabah” xəbər verir ki, bu barədə jurnalistin özü məlumat yayıb. Cavanşir Həsənli bildirib ki, Almaniyadakı azərbaycanlılar arasında onun fotoları paylaşılır və yerini müəyyənləşdirməyə çalışırlar.

“Bu son günlərdə 1 saylı notarial kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmalardan sonra baş verib.

Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm. Beynəlxalq təşkilatlarla əlaqəsi olan dostlardan məsələni onların diqqətinə çatdırmalarını xahiş edirəm”, - jurnalist bildirib.

Cavanşir Həsənli qedy edib ki, məsələ ilə bağlı yerli polisə müraciət edib. “Təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətində qaldığımı bildirmək istəyirəm. Ümid edirəm, Azərbaycan ictimaiyyəti və hüquq mühafizə orqanları bu məsələni diqqətdə saxlayacaqlar.

Almaniyada yaşayan azərbaycanlılardan kimə mənim şəkillərim göndərilibsə, məlumat vermələrini xahiş edirəm”, - deyə Cavanşir Həsənli əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ