Almaniyada şok olay: Azərbaycanlı ailə polisi girov götürdü
Yanvarın 18-də Almaniyada azərbaycanlı ailə böyük silahlı insidentə səbəb olub.
Almaniya mediası xəbər verir ki, bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailəyə oturum icazə verilmədiyi üçün hüquq-mühafizə orqanları həmin ailəni ölkədən deport etmək barədə qərar qəbul edib.
Ötən gün gecə saat 03:30-da azərbaycanlı ailənin yaşadığı evin qapısını döyən alman polisi onları ölkədən çıxarmaq üçün gəldiklərini bəyan edib. Lakin Almaniyanı tərk etmək istəməyən ailə polisin bu qərarına müqavimət göstərib. Nəticədə böyük insident baş verib. Ailəninin başçısı – evin kişisi onları zorla evdən çıxarmaq istəyən alman polisinin silahını əlindən alıb və onu girov götürüb. Daha sonra o, havaya bir neçə dəfə atəş açıb. Nəticədə hadisə yerinə xüsusi təyinatlı polislər çağırılıb. Xüsusi təyinatlı polislər azərbaycanlı kişinin girov götürdüyü iki nəfəri xilas edə bilib və onu həbs edib.
Lakin hadisələr bununla da yekunlaşmayıb. Bunun ardınca evin xanımı əlinə aldığı bıçaqla özünə ağır xəsarətlər yetirməyə başlayıb. Qadın daha sonra xəstəxanaya çatdırılıb. Polisləri girov götürən azərbaycanlı kişi isə həbs edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır