SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakının ən yeni “qoçu” sürücüsünü siz də tanıyın

Bakının ən yeni “qoçu” sürücüsünü siz də tanıyın

Tarix:

6-08-2019, 09:47

/ 1 201 dəfə oxundu.
Bakının ən yeni “qoçu” sürücüsünü siz də tanıyın

Mercedes”in sürücüsü ehtiyyatda olan qazi-təyyarəçimizə hücum çəkib

Həm günahkardır, həm də “qoç”uluq edir. Görüntülər Bakı şəhərində, Yusif Səfərov küçəsində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, əməkli qazi təyyarəçi, mayor Nizami İbadov idarə etdiyi avtomobillə Babək prospektindən Yusif Səfərov küçəsinə çıxan zaman şəhər istiqamətində hərəkətdə olan 99-SA-060 dövlət qeydiyyat nişanlı “Mercedes”in sürücüsü təhlükəli manevrlər edib, qazla əyləci sıxaraq digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradıb. Nizami İbadovun idarə etdiyi avtomobilə də təhlükə yaradan sürücü bununla da kifayətlənməyərək avtomobilini hərəkətin intensiv olduğu vaxt yolun sol zolağında saxlayaraq “əsəbiləşdiyi” sürücüyə hücum çəkib. Nizami İbadov ona heç bir əhəmiyyət verməyib. Lakin ümid edirik ki, DYP həmin sürücü barəsində müvafiq tədbir görəcək.

Şərhlər

XƏBƏR LENTİ