SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət »  Abşeronda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTO

 Abşeronda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTO

Tarix:

7-03-2019, 13:30

/ 1 789 dəfə oxundu.
 Abşeronda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTO

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində bayram şənliyi keçirilib.

xalqxeber.az xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək başda Azərbaycanın birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olmaqla respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. İcra başçısı bildirib ki, Şərqlə Qərbin, müxtəlif düşüncə tərzlərinin qovuşduğu yerdə özünün misilsiz mədəniyyətininin folamaşdırılmasında, yaradılmasında, yaşadılmasında, ildən-ilə, nəsildən-nəsilə ötürülməsində Azərbaycan qadınının böyük rolu, müstəsna xidmətləri vardır: “Bu gün Azərbaycan mədəniyyətinin dünya sivilizasiyaları içərisində tanınmasında, özünə yer qazanmasında, ana dilimizin saflığının qorunub saxlanılmasında, heç şübhəsiz ki, Azərbaycan qadının əməyi, zəhməti və özünə, dəyərlərinə inamı mövcuddur”.
O, qeyd edib ki, republikamızın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi yüksəlişin təmin olunması işlərinin gerçəkləşdirilməsində qadınlarımız əvəzolunmaz xidmətlər göstərirlər.
“Torpaqlarımızın bir qisminin işğal altında olduğu indiki dövrdə Azərbaycan qadını gəncləri vətənə sədaqət ruhunda tərbiyə edərək onları xalqa, cəmiyyətə layiqli övlad yetişdirmək kimi müqəddəs vəzifənin öhdəsindən şərəflə gəlirlər. İnanıram ki, yüksək mənəviyyatınız və qurub-yaratmaq əzminizlə siz cəmiyyətimizin həyatına bundan sonra da yeni çalarlar gətirərək daim yeniləşən ölkəmizin müstəqillik salnaməsinə parlaq səhifələr yazacaqsınız. Siz xanımlar, xalqımıza xas milli mənəvi dəyərləri həmişə yaşadacaq və tükənməz intellektual potensialınızla gündən-günə yeniləşən respublikamızın çiçəklənməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz”.

Sonra bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar verilib.

Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub. Sonda bayram tortu kəsilib və qadınlar üçün ziyafət təşkil edilib.
 Abşeronda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTO
 Abşeronda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTO
 Abşeronda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTO

Şərhlər

XƏBƏR LENTİ