Füzulidə 8 Mart Qadınlar günü münasibəti bayram tədbiri keçirildi
Horadiz şəhəri Muğam Mərkəzində 8 Mart Qadınlar Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak etmişdir.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildirmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, qadınları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik etmişdir.
Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunurlar.
Alı Alıyev qeyd edib ki, respublikamızda qadınlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan Alı Alıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Tədbirdə çıxış edənlər respublikamızda və Füzuli rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Tədbirdə qadınlara qızıl gül və qiymətli hədiyyələr təqdim olunmuşdur. Sonda Dövlət Dram Teatrının aktyorlarının ifasında tamaşa və incəsənət ustalarının ifasında bayram konserti təşkil olunmuşdur.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...