SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Topaz"ın yeni rəhbərliyinin ƏCAİB ÜSULU... - NARAZILIQ VAR

"Topaz"ın yeni rəhbərliyinin ƏCAİB ÜSULU... - NARAZILIQ VAR

Tarix:

25-02-2019, 09:46

/ 1 977 dəfə oxundu.
"Topaz"ın yeni rəhbərliyinin ƏCAİB ÜSULU... - NARAZILIQ VAR

Azərbaycanda mərc oyunları bazarını inhisarında saxlayan "Topaz"la bağlı mütəmadi olaraq şikayətlər yayılır. DİA.AZ xatırladır ki, bir müddət əvvəl rəhbərliyi dəyişən "Topaz" ölkənin yeganə mərc kantoru olaraq hər zaman həssas ünvan kimi diqqətə gəlib.

Burada söhbət təkcə ayrı-ayrı vətəndaşların müflis duruma düşməsindən və yaxud da hansısa formada dolandırılmasından getmir. Belə ki, DİA.AZ-a daxil olan informasiyaya görə, yenicə əl dəyişdirən "Topaz"ın indiki başbilənlərinin yürütdüyü siyasət narazılıq yaratmaqdadır.

Redaksiyamıza müraciət edən və adının çəkilməsini istəməyən sahibkar bildirir ki, o, Bakının Nərimanov rayonu ərazisində uzun müddətdir ki, "Topaz"ın filiallarından birini işlədir:

"Yeni rəhbərlik gələndən sonra süni şəkildə problemlərlə üz-üzə qalmışıq. Bizi bu sektordan çıxarmaq üçün min-bir oyundan çıxırlar. Elə bir vəziyyət yaradırlar ki, hamı işini atıb getsin. Son addım kimi isə bizim "Topaz" məntəqəmizin yanında yeni bir "Topaz" məntəqəsi açaraq işimizi iflas etdirirlər. Bütün bunlar yeni rəhbərlik gələndən sonra baş verir. Kiməsə şikayət etmək imkanı isə yoxdur".

Onu da qeyd edək ki, narazı sahibkar dia.az-a əlavə ilginc faktları da təqdim edib. Həmin məlumatları yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləyin.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ