XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » “Topaz”da uduş kuponları oğurlandı

“Topaz”da uduş kuponları oğurlandı

“Topaz”da uduş kuponları oğurlandı
5-09-2017, 13:22

Bakıda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinə istinadən verdiyimiz xəbərə görə, Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulan Vüsal Həsənovun, Vüsal Səmədovun və Fuad Rəhimovun ətraflarında əlavə araşdırma aparılıb.

Onların iyunun 18-də və avqustun 26-da rayon ərazisində 1 kafedən 170 manat pul və “Topaz” mərc oyunları məntəqəsindən 1000 manat dəyərində lotoreya, 340 manat dəyərində uduş kuponu və orada işləyən Ə.Mərhəmətə məxsus içərisində pul, mobil telefon, bankomat kartı və sənəd olan çantanı oğurlamaları da müəyyən edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.