SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlham Əliyevin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir? - DOSYE

İlham Əliyevin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir? - DOSYE

Tarix:

19-02-2019, 16:14

/ 4 432 dəfə oxundu.
İlham Əliyevin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı digər sərəncamla Fərid Şəfiyevi Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fərid Şəfiyev Azərbaycanda sambo və cüdonun banilərindən sayılan idman xadimi, mühəndis Rauf Şəfiyevin oğludur.

O, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində Tarix fakültəsində bakalavr təhsili, 2000-2005-ci illərdə isə hüquq təhsili alıb.

2002-2003-cü illərdə Harvardda Dövlət İdarəçili üzrə təhsil alıb. 2009-2015-ci illərdə Carleton Universitetində doktorantura oxuyub.

1995-cil in may ayından 1996-cı ilin martına qədər Azərbaycan Milli Elmlər Akademiyasında, 2004-cü ilin sentyabrından 2005-ci ilin yanvarına kimi Qərb Universitetində işləyib.

2009-cu ilin mayından 2014-cü ilin iyul ayına qədər Azərbaycanın Kanadadakı səfirliyində çalışb. Diplomat kimi fəaliyyət göstərib.

2014-cü ilin iyulundan bu vaxta qədər Azərbaycanın Çexiyadakı səfiri vəzifəsini yerinə yetirib.

O, Azərbaycan, çex, ingilis, fransız, rus və türk dillərini bilir.

Şərhlər

XƏBƏR LENTİ