SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İnam Kərimovu bu şəxs əvəz edəcək - DOSYE

İnam Kərimovu bu şəxs əvəz edəcək - DOSYE

Tarix:

4-04-2023, 19:18

/ 530 dəfə oxundu.
İnam Kərimovu bu şəxs əvəz edəcək - DOSYE

 
Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Cəfərov Sarvan Elxan oğlu 28 oktyabr 1985-ci ildə anadan olub.

1992-2003-cü illərdə Bakı şəhərinin 178 saylı orta məktəbində təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb.

2007-2008-ci illərdə hərbi xidmətdə olub.

2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasında magistr təhsili alıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.

2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

İngilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.

Şərhlər

XƏBƏR LENTİ