SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda parklanmalardan qanunsuz pullar yığdıran Coşqun Əliyev Eldar Əzizovun işçisinin oğludur

Bakıda parklanmalardan qanunsuz pullar yığdıran Coşqun Əliyev Eldar Əzizovun işçisinin oğludur

Tarix:

30-01-2019, 16:34

/ 866 dəfə oxundu.
Bakıda parklanmalardan qanunsuz pullar yığdıran Coşqun Əliyev Eldar Əzizovun işçisinin oğludur

Bakı meri Vidadi Əliyevin oğlunun rəis olduğu Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini niyə ləvğ etmədi?

Paytaxt Bakının ən böyük problemlərindən birinə çevrilən avtomobil dayanacaqları ilə bağlı müəmmalar barədə AzToday.az ötən həftə məlumat vermişdi.

Həmin məlumatda qeyd etmişdik ki, parkamantların Bakı Nəqliyyat Agentliyinə verilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə adı çəkilən qurum arasında anlaşılmazlığa gətirib çıxardıb. Çünki Bakı Nəqliyyat Agentliyi parkamantları tam təhvil almasada adı çəkilən qurumun adı ilə dayanacaqlardan vəsaitlər toplanmaqda davam edir. Buna görə də Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli mətbuat konfransı keçirərək hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti olmadığını bildirmişdi.

Paytaxtdakı avtomobil dayancaqlarında qanunsuz pulllar yığılması ilə bağlı saytımızın xəbərində qeyd edilirdi ki, parkomantların Nəqliyyat Agentliyinə verilməsindən sui-istifadə edən Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyindəki Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəhbərliyi dayanmadan qanunsuz pul qazanmaqla məşğuldur.

Məhz Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Coşqun Əliyev və havadarları parkomantlara qoyduqları nəzarətçilərin vasitəsi ilə hər gün külli-miqdarda vəsaitlər toplamaqla məşğuldurlar. Məlumatda qeyd etmişdik ki, Coşqun Əliyev və havadarları bu məsədə Bakı meri Eldar Əzizovu özlərinə şərik etdiklərini və yığılan pulların bir hissəsinin ona verdiklərini deyirlər.

AzToday.az paytaxt parkomantlarında qanunsuz pullar yığdıran Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Coşqun Əliyevlə bağlı kiçik bir araşdırma aparıb. Saytımızın apardığı araşdırmada məlum oldu ki, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Coşqun Əliyev Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti sədrinin müavini Vidadi Əliyevin oğludur. Bu həmin Vidadi Əliyevdir ki, adı müxtəlif maliyyə qalmaqallarında, korrupsiya əməliyyatlarında hallanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən AzToday.az-a verilən məlumata görə, hazırda Vidadi Əliyev Bakı meri Eldar Əzizovla anlaşma içindədirlər. Hətta bunu Vidadi Əliyevin yaxın adamları da açıq şəkildə müxtəlif məclislərsə səsləndirirlər. Ötən gün Eldar Əzizov Bakı şəhə İcra Hakimiyyətinin bir neçə idarəsini ləvğ etsədə, havada qalan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə toxunmadı. Bu isə Eldar Əzizovla Vidadi Əliyevin anlaşması içində olması barədə yayılan məlumatları doğruldur.

Şamil Oruclu

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ