SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Broker Əbülfəz” Qaradağın “Çakırı” ilə niyə hesablaşmır?- Müdhiş gizlinlər...

“Broker Əbülfəz” Qaradağın “Çakırı” ilə niyə hesablaşmır?- Müdhiş gizlinlər...

Tarix:

24-01-2019, 01:50

/ 1 162 dəfə oxundu.
“Broker Əbülfəz” Qaradağın “Çakırı” ilə niyə hesablaşmır?- Müdhiş gizlinlər...

Bakının Qaradağ rayon icra başçısı Süleyman Mikayılov ilə “Broker” MMC rəhbəri Əbülfəz Məlikov yola getmirlər. Hətta onların arasında İH-də insident olub.

Cahan.info yazır ki, insident xəbərini cumhuriyyet.net yayıb. S.Mikayılovun kabinetindən yayılan səs-küy o qədər bərkdən olub ki, koridorda eşidilib.

Hazırda “Meyvəli”də topdan və pərakəndə satış bazasını idarə edən Ə.Məlikovun icra başçısı ilə qovğasının detalları açıqlanmır. Sosial şəbəkələrdə yayılan bəzi iddialara görə, tərəflərin mübahisəsinin səbəbi “Meyvəli”dəki işlər olub.

Qaradağın icra başçısı Lökbatanda yerləşən bazara görə Ə.Məlikovun onunla hesablaşmasını tələb edib. Ə.Məlikov isə onun qarşısında öhdəliyi olmadığını deyib.

Bu söz-söhbət qızışıb, vaxtaşırı məmurları döyməklə ad çıxarmış icra başçısı az qala sabiq gömrük monopolisti ilə əlbəyaxa olsun.

Bildirilir ki, İH rəhbəri ilə Ə.Məlikov heç bir məsələdə razılaşa bilməyiblər. “Çakır” ləqəbli icra başçısı “Broker Əbülfəz”lə söhbətin bitmədiyini, məsələni yoluna qoyacağını söylədiyi iddia edilir. Görünür, Lökbatan Qaradağ rayonuna aid olduğu üçün icra başçısı öz payıını istəyib.

Bildirək ki, hər kəsin "monopoliya naziri”, "Broker Əbülfəz” kimi tanıdığı bu iş adamı ilə bağlı indiyədək də mediada silsilə yazılar yer alıb.

Bu yazılarda onun "Broker” MMC, "Transbroker” MMC kimi qurumlarla uzun illər idxal-ixrac üzərində sərt monopoliya rejimi yaratmasından, sahibkarlara "qan uddurmasından” və müxtəlif mənimsəmə faktlarından bəhs olunur.

İddialara görə, Əbülfəz Məlikovun bu şirkətlərində 2012-2013-cü illərdə nə az-nə çox, 5 minə yaxın şəxs çalışıb.

Onların başlıca vəzifəsi isə idxal-ixrac əməliyyatlarını tam nəzarətə almaq olub. Əbülfəz Məlikovun qurduğu bu sistem idxal-ixrac üzərində tam nəzarət yarada bilmişdir də.

Ekspertlərin iddiasına görə, məhz bu səbəbdən də hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb.

Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, ekspertlər bu məsələyə çox liberal yanaşırlar. Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub.

Cahan.info xəbər verir ki, "Meyvəli” beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədə-Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57 ünvanda yerləşir.

Nizamnamə kapitalı 10 min manat olan, 2014-cü ilin aprelində təsis edilən "Meyvəli-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57-dir.

Eyni ilə bir il əvvəl, 2016-cı ilin fevralında yaradılan "Meyvəli Hacıqabul” MMC-i də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57-də qeydiyyatdadır.

Ümumi ərazisi 35 ha olan «Meyvəli» meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulmuşdur.

6 korpusdan ibarət 11 360 m2 sahəsi olan 22 720 ton tutumlu 112 satış anbarı; 3 korpusdan ibarət 12000 m2 sahəsi olan 24000 ton tutumlu 60 soyuducu saxlama ambarları, kənd təsərrüfatı məhsullarının yarmarka bazarı indi inhisarçılığın yeni mərhələsi sayıla bilər.

Həm də bu bazarda yalnız idxal olunan kənd təsərrüfatı məhsullarının deyil, yerli istehsalın satışı üzərində də monopoliya yaradılıb. Monopoliyanın yeni ünvanına nəzarət isə Əbülfəz Məlikovun oğluna tapşırılıb…

Bütün bunlar Əbülfəz Məlikovun böyük biznes imperiyasının az-çox bilinən tərəfidir. Onun biznes gizlinləri ilə bağlı yenixeber.org-a daxil olan məlumatlarda "HORSE HUSBANDRY” MMC-i ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur…

2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur. Onun digər ortaqları isə çox nüfuzlu ailələrin təmsilçilərdir.

Bu şirkət və onun fəaliyyət istiqamətləri haqqındakı məlumatların şok doğuracağı şübhəsizdir."HORSE HUSBANDRY” MMC-I, eləcə də "RB Motive” MMC-i ilə bağlı isə araşdırmalarımız davam edir.

Məhz bu şirkətlər "monopoliya naziri”nin biznesinin kökləri hesab oluna bilər. Yerin altında qalıb da, görünməyən ağac kökləri kimi.

Əbülfəz Məlikovla bağlı Türkiyə mediasının yazdıqları və oğlunun Gürcüstanda olan biznes fəaliyyəti də araşdıracağımız məlumatlar sırasındadır.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ