FHN şefi onu "Gilan"dan qovacaq... - İDDİA
"Broker” MMC-nin rəhbəri olmuş və hazırda "Gilan" Holdinqdə aqrar şöbəyə rəhbərlik edən, eyni zamanda "Gilan Aqrotek” in rəhbəri olan, "Meyvəli" bazarının şəriklərindən biri Əbülfəz Məlikov deyəsən, "broker" titulu kimi sadaladığımız mövqelərini də itirəcək. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, Əbülfəz Məlikov yaxın günlərdə "Gilan" Holdinqin kölgədəki sahibi FHN şefi Kəmaləddin Heydərov tərəfindən hədəfə gətirilir.
Mənbənin söylədikləri: "Artıq Əbülfəz Məlikovla vida zamanı yetişib. Doğrudur. onun "vurulmasında" Səfər Mehdiyev demişkən, hansısa "xəyanət" faktoru rol oynamır. Sadəcə olaraq Əbülfəz Məlikov artıq ona olan etimadı itirib. Xəyanət etməsi barədə yetərincə dəlillər olmasa da, Əbülfəz Məlikovun qələmi Heydərov tərəfindən qırılıb. Əks cinah Məlikovu gözdən salmağa müvəffəq ola bilib".
Xatırladaq ki, məhz gömrük sistemi və "Gilan"dakı mövqeləri səbəbindən Əbülfəz Məlikov həm də "Meyvəli" bazarının da sahibinə çevrilmiş durumda idi. İndi isə deyilir ki, Məlikov vəzifələri ilə yanaşı "Meyvəli"ni də itirəcək. Dia.az-a danışan mənbə bildirir ki, bu qərarı məhz Kəmaləddin Heydərov verib.
Əlavə bilgilərimiz olacaq. Bütün tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...