SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dəyişiklik sırası kimdədir? - "Vurulan" məmurlardan həbsə gedəni də olacaq...

Dəyişiklik sırası kimdədir? - "Vurulan" məmurlardan həbsə gedəni də olacaq...

Tarix:

22-01-2019, 12:13

/ 1 266 dəfə oxundu.
Dəyişiklik sırası kimdədir? - "Vurulan" məmurlardan həbsə gedəni də olacaq...

Prezident İlham Əliyevin hökumətin tərkibində həyata keçirdiyi struktur və kadr islahatlarına paralel olaraq digər dövlət qurumları ilə bağlı da dəyişikliklər nəzərdə tutulub. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib.

Qeyd edək ki, son günlər dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar cəmiyyətdə geniş rezonans yaratmaqla yanaşı, bir sıra məmurların, xüsusən də icra başçılarının kürkünə birə salıb. Redaksiyamıza daxil olab bilgilərdən belə aydın olur ki, konkret olaraq 20-yə yaxın RİH rəhbərinin dəyişdirilməsi ideyası hələ keçən ildən mövcud olduğundan adları "qara siyahı"da olanlar haqlı olaraq əndişə içindədirlər. Çünki dəyişdirilməsi gözlənilən icra başçılarının heç də hamısı rahatlıqla yola salınmayacaq.

Mənbənin söylədikləri: "Məsələn, Ağsu, Astara, Qazax və Şəmkir rayon rəhbərləri ilə bağlı xüsusi araşdırma aparıla bilər. Eyni zamanda Qusar və Ağstafanın da icra başçıları üçün uyuğun olmayan şərait yetişə bilər".

Mənbəni bildirdiyinə görə, konkret olaraq 5 rayonun icra başçısı hədəfdədir: "Onların "vurulması" yaxın vaxtlarda start götürəcək, paralel olarq isə hüquqi təftiş də nəzərdə tutulub".

Şərhlər

XƏBƏR LENTİ