SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Altıağacdakı “Cənnət bağı” nda saxta ödəniş sənədi ələ keçdi... -FOTOLAR

Altıağacdakı “Cənnət bağı” nda saxta ödəniş sənədi ələ keçdi... -FOTOLAR

Tarix:

28-08-2018, 07:03

/ 2 699 dəfə oxundu.
Altıağacdakı “Cənnət bağı” nda saxta ödəniş sənədi ələ keçdi... -FOTOLAR

“Bu, idxal-ixrac əməliyyatları zamanı təqdim edilən bir sənəddir, xidmət və satış üçün isə mədaxil-kassa orderi təqdim edilməlidir...”
Azərbaycanın məşhur turizm məkanlarından olan Xızı rayonunun Altıağac kəndindəki istirahət mərkəzlərindən birində müştərilər tərəfindən qanunsuzluq aşkar edilib.

Moderator.az xəbər verir ki, bu haqda öz “Facebook” səhifəsində daim maraqlı status, şərh və paylaşımları ilə diqqəti cəlb edən ağsaqqal istifadəçi Qəzənfər Hüseyn yazıb.

Əlaqədar qurumların nəzərinə çatdırılacaq diqqətəlayiq bir faktdan bəhs edildiyini nəzərə alaraq həmin statusu olduğu kimi nəzərinizə çatdırırıq:

“Qurban bayramı günlərində yaxın dostlarımdan biri ailə üzvləri ilə birgə Xızı rayonunun Altıağac qəsəbəsindəki "Cənnət bağı" adlı istirahət mərkəzində olub və orada belə bir qanunsuzluqla rastlaşıb.
Dostum əraziyə daxil olarkən 4 nəfər olduqları üçün giriş haqqı kimi ondan adambaşına 2 manat, yəni cəmi 8 manat pul tələb ediblər. Dostum istirahət mərkəzinin əməkdaşlarına həmin məbləği qanunsuz tələb etdiklərini bildirib və həmin ödənişə görə sənəd tələb edib. Girişdə duranlar kiməsə zəng etdikdən sonra ona əl yazması halında kağız təqdim ediblər. Lakin dostum tələb edib ki, ona dövlət reestrində qeydiyyatdan keçmiş qanuni mədaxil orderi verilməlidir. Əməkdaşların yenidən kiməsə zəngindən sonra tələbkar müştəriyə aşağıda şəklini paylaşdığım “İNVOİCE adlı bir sənəd veriblər. Göründüyü kimi bu “İNVOİCE” heç bir vergi uçotunda olmayan hesab-fakturadır. Və ingilis dilində tərtib edildiyindən bilinir ki, internetdən surəti çıxarılmış bir sənəddir. “İnvoice” hesab-faktura deməkdir, idxal-ixrac əməliyyatları zamanı təqdim edilən bir sənəddir, xidmət və satış üçün isə mədaxil-kassa orderi təqdim edilməlidir...
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə, mədaxil-kassa orderləri bütün pul sənədləri kimi ciddi uçot blankları hesab edilir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan kecirilmiş, hər biri nömrəli olmaqla mətbəədə rəngli cap edilmiş formada olmalıdır. Ödəniz vaxtı bu sənəd iki nüsxədən ibarət tərtib edilməli, biri ödəyən tərəfdə, digəri isə xidmət və ya satış təşkilatı tərəfdə qalmalıdır.
Dostum onu qeyd edir ki, "Cənnət bağı" istirahət mərkəzinin ərazisində restoran və ayı saxlanılan bir kiçik ərazi də vardır. Sözsüz ki, restoranda xidmət pullu olduğundan ayı saxlanan əraziyə də baxış üçün adambaşına 2 manat pul tələb edirlər.
Hörmətli mətbuat nümayəndələri, hörmətli dostlar, xahiş edirəm bu məlumatı ictimailəşdirmək üçün paylaşın ki, əlaqədar təşkilatlar bu qanunsuzluğun qarşısını alsınlar.

Bilmirəm, bu məkan hansı "cənnət məkanındır", amma sadalaqıdlarımız Azərbaycan Respublikasının Vergi Məcəlləsinə tamamilə ziddir və dövlət orqanlarına qüsur gətirəsi bir əməldir. İnanaq ki, əlaqədar təşkilatlar belə halların qarşısını almaq üçün ciddi tərdbirlər görəcəkdir.

Müvafiq qurumlar, heç olmazsa, qonşu Gürcüstanda turizmin inkişafından utansınlar, belə açıq soyğunçuluqdan sonra mənim dostum kimi adamlar bir daha həmin məkana ayaq basmazlar...”

P.S.”Cənnət bağı” rəhbərliyinin müştəriyə təqdim etdiyi qanunsuz sənəddə diqqəti cəlb edən digər məqam Qəzənfər Hüsrynin də qeyd etidyi kimi, yazların əksər hissəsinin dövlət dili olan Azərbaycan dilində yox, əcnəbi –ingilis dilində yazılmasıdır. Bu da Azərbaycan Konstitusiyasına və Prezident İlham Əliyevin Dovlət dilinin tətbiqi haqqında imzaladığı müvafiq fərmanlara tam zidd olan növbəti qanun pozuntusudur...

P.P.S. Materialda adı çəkilən və çəkilməyən müvafiq qurum və obyektlərin rəsmi nümayəndələrinin mövqeyini işıqlandırmağa hazırıq...Altıağacdakı “Cənnət bağı” nda saxta ödəniş sənədi ələ keçdi... -FOTOLAR
Altıağacdakı “Cənnət bağı” nda saxta ödəniş sənədi ələ keçdi... -FOTOLAR
Altıağacdakı “Cənnət bağı” nda saxta ödəniş sənədi ələ keçdi... -FOTOLAR
Altıağacdakı “Cənnət bağı” nda saxta ödəniş sənədi ələ keçdi... -FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ