SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı

"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı

Tarix:

20-08-2019, 16:47

/ 723 dəfə oxundu.
"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus Lerikdəki “Relax” istirahət mərkəzində baş verən davadan sonra bu mərkəzi idarə edənlərin qanunsuz əməlləri də ortaya çıxıb.

Xatırladaq ki, Baş Prokuorluq, DİN və Vergilər Nazirliyinin birgə açıqlamasında böyük bir ərazidə inşa olunan kompleksdən gələn külli miqdarda gəlirlərə baxmayaraq bir ildə cəmi 972 manat vergi ödənişi edildiyi bəlli olub.

Bu fakt ölkədə tanınan bir sıra iş adamlarını gündəmə gətirib.

Gununsesi.org-un redaksiyasına təqdim edilən bir faktda Azərbaycanın tanınmış iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun Göygöl rayonunun Toğana kəndindəki meşəlikdə inşa etdirdiyi “Cənnət Məkan” istirahət mərkəzininin də eyni qayda ilə fəaliyyət göstərdiyi əks olunub.

Belə ki, redaksiyamıza təqdim olunan məlumatda adıçəkilən istirahət mərkəzinin gündəlik 5 min manat civarında dövriyyəsi olsa da vergiyə qəpik-quruş ödənildiyi göstərilir.

İstirahət mərkəzində bir otel və 25-ə yaxın kotejlər var. Oteldə gecələmə üçün ortalama qiymət 100, kotejlərdə isə 120 manat təşkil edir.

Bu istirahət mərkəzində nə otel və kotejlər , nə də restoranlarda vətəndaşlara ödədikləri pulların miqdarında qəbz verilir.

Qeydiyyat ancaq administratorun dəftərində aparılır və axşam rəhbərliyə təqdim olunur.

Məlumatda o da bildirilir ki, yay aylarında bu obyektin sahibi İsfəndiyar Axundov özü orada olur və gəlirlərə şəxsən nəzarət edir.

Gununsesi.org-a açıqlamasında İsfəndiyar Axundovona məxsus istirahət mərkəzinin ötən dövr üçün nə qədər vergi ödəməsi barədə suala cavab verməkdən yayınıb.

İş adamı bildirib ki, həmin istirahət mərkəzini icarəyə verib və oranın gəlirindən xəbəri yoxdur.

Şərhlər

XƏBƏR LENTİ