SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kəmaləddin Heydərovun “Elmlər”dəki tikintisi dayanıb – Müəmma/Foto

Kəmaləddin Heydərovun “Elmlər”dəki tikintisi dayanıb – Müəmma/Foto

Tarix:

9-07-2018, 10:48

/ 1 602 dəfə oxundu.
Kəmaləddin Heydərovun “Elmlər”dəki tikintisi dayanıb – Müəmma/Foto

Hüseyn Cavid prospektində “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən, Bakı Dövlət Universitetinin (BDU) müəllimlərinin, Elmlər Akademiyasının işçilərinin yaşadıqları 5 mərtəbəli 10 bloklu bina söküldükdən sonra ərazi illərdir ki, hasarlanıb.

AzEuroNews.com-un məlumatına görə, alimlərin binası adlanan və metro ilə üzbəüzdə yerləşən yer mühasirəyə alınıb, heç bir tikinti aparılmayıb.

Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 72 saylı sərəncamına müvafiq olaraq bina qəza vəziyyətinə düşərək yararsız olduğu üçün müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.
Təxminən 9 ilə yaxındır ki, alimlərin binasının yerində tikinti işləri həyata keçirilmir. Sakinlər o dövrdə binanın qəzalı vəziyyətdə olmadığını və mənzillərindən çıxmayacaqlarını bildirmişdilər.
Fövqəladə Hallar Nazirliyi sakinlərə Dövlət Gömrük Komitəsinin binasının ətrafındakı iki 14 mərtəbəli binada sakinlərə mənzillər təklif etmişdi. Hətta elm adamları nazir Kəmaləddin Heydərovla görüşmüşdülər.
Ondan sonra alimlərin aqibətindən bir xəbər çıxmasa da, bina söküldü, FHN şefi isə ərazidə inşa işləri aparmadı.
Ərazinin K.Heydərova məxsus olduğunu bildirən məlumatlı qaynağın sözlərinə görə, müəmmalı səbəblərdən belə mühüm yerdə işlər dayanıb.
Belə məlumatlar var ki, elm adamları müxtəlif yerlərdə mənzillərlə təmin olunublar. Bu mərkəzi ərazi isə Heydərova qalıb.
Xatırladaq ki, 1960-cı ildə inşa olunan binaya ötən ilin iyun ayında dövlət tərəfindən üzlük vurulan zaman onun qəzalı vəziyyətdə olduğu aşkarlanmışdı.
Fövqəladə hallar naziri K. Heydərov isə binanın yaşayış üçün təhlükəli olduğunu əsas gətirərək sakinlərin təhlükəsiz yerə köçürülməsi haqqında göstəriş vermişdi.
Hətta bunun üçün dövlət büdcəsindən maliyyə vəsaiti də ayrılmışdı. Alimlər isə dirəniş göstərərək evlərindən çıxmamaqda israrlı idilər. Məmurların təzyiqindən bezən sakinlər hətta oturaq aksiya da keçirmişdilər. İndisə bu yer heç nazirə də tikinti aparmağa nəsib olmur…

AzEuroNews.com
Kəmaləddin Heydərovun “Elmlər”dəki tikintisi dayanıb – Müəmma/Foto
Kəmaləddin Heydərovun “Elmlər”dəki tikintisi dayanıb – Müəmma/Foto

Şərhlər

XƏBƏR LENTİ