SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda qəzaya düşən sürücünün pulu və əşyaları yol polisinin həyətində yoxa çıxdı

Bakıda qəzaya düşən sürücünün pulu və əşyaları yol polisinin həyətində yoxa çıxdı

Tarix:

2-07-2018, 15:17

/ 1 150 dəfə oxundu.
Bakıda qəzaya düşən sürücünün pulu və əşyaları yol polisinin həyətində yoxa çıxdı

Bakıda qəzaya düşən sürücünün qiymətli əşyaları və pulu yol polisinin həyətində yoxa çıxıb. Şikayətçi Müşviq Əsgərzadə Criminal.az saytına bildirib ki, iyulun 1-də saat 16 radələrində keçmiş Karl Marks heykəlinin yanındakı körpünün üstündə 5 avtomobilin iştirakı ilə zəncivari qəzaya düşüb.
Qəzadan sonra işin araşdırılması üçün Bakı şəhər Yol Polis İdarəsinə gedib. Polis idarəsinin həyətində avtomobilin içərisində olan əşyalarını, mobil telefonlarını, maaş kartlarını və içərisində 180 manat olan pul kisəsini götürərək selofan torbaya qoyub. Sonra isə həmin torbanı elə polisin həyətində bir kənara qoyaraq izahat vermək üçün binaya daxil olub. Qayıdanda isə əşyalarının oğurlandlğını görüb.
M.Əsgərzadə deyir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin ''102'' xidmətinə məlumat verib. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları gəlib. Bölmədən Criminal.az saytına bildirildi ki, sözügedən hadisədə oğurluqdan söhbət gedə bilməz. Vətəndaş əşyalarını yol kənarında qoyaraq unudub, geri qayıdanda isə tapmayıb. Hazırda araşdırma aparılır. Kameralara baxış keçiriləcək.

Şərhlər

XƏBƏR LENTİ