Bakıda qəzada yanan 10 XR 009 nömrəli ''Range Rover'' sağ çıxan məmur kimdir?
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır qəzanın təfərrüatları məlum olub. Dəhşətli qəzaya səbəb olduğu iddia olunan ''Range Rover'' markalı avtomobilin sürücüsü hüquq-mühafizə orqanı əməkdaşıdır.
Yada salaq ki, qəza bu gecə Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib. 37 yaşlı Rahid Məmmədov idarə etdiyi "10-HF-590" dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə ikən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub.
Şahidlərin sözlərinə görə, qəza nəticəsində "Range Rover"in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. "Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan və sürüvü R.Məmədov dünyasını dəyişib. (Report)
Criminal.az saytına verilən məlumata görə, qəzada yanan 10 XR 009 dövlət qeydiyyat nişanlı "Range Rover” markalı avtomobil polis əməkdaşına məxsusdur. İddia olunur ki, avtomobilin sahibi Abşeron rayon Polis Şöbəsinin əməkdaşıdır.
Abşeron rayon Polis Şöbəsindən Criminal.az saytına bildirildi ki, həmin avtomobilin sürücüsü Abşeron rayon Yol Polis bölməsinin əməkdaşıdır. Lakin qəza zamanı sükan arxasında özü olmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, hadisə ilə bağlı nazirliyin saytında məlumat yerləşdirilib. Buna görə məlumat almaq üçün zəng etməyə ehtiyac yoxdur. Criminal.az olaraq nazirliyin saytına nəzər salsaq da, həmin qəza ilə bağlı heç bir məlumata rast gəlmədik.
Məlumat üçün bildirək ki, ''009'' nömrə nişanları sabiq nazir Eldar Mahmudovun yaxın ətrafının nəqliyyat vasitələrində olub. Nazirin özünün də istifadəsində olan bütün nəqliyyat vasitələrinin nömrə nişanlaı 009-la bitir.
Criminal.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?