Bakıda qaçırıb Siyəzəndə doğradılar
Bakı şəhər sakini İsmayıl İmamverdiyev Daxili İşlər Nazirliyinin (DİN) "102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindən VAZ-2107 markalı avtomobilinin qaçırılması barədə məlumat verib.
DİN-dən bildirilib ki, hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlayan Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları qaçırılan avtomobilin Siyəzən rayonunda tapılması barədə məlumat əldə ediblər.
Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə keçirilən tədbirlərlə şübhəli şəxslər müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla rayon sakinləri Teymur Əliyev və əvvəllər məhkum olunmuş Rövşən Həmidovun oğurladıqları həmin avtomobili birincinin evinin həyətində ayrı-ayrı hissələrə böldükləri, bəzi hissələrini isə satdıqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən qeyd edilən avtomobilin dam hissəsi T.Əliyevin həyətində aşkar edilərək, digər hissələr isə doğranmış vəziyyətdə rayon ərazisindəki gölün ətrafında tapılaraq maddi sübut kimi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?