SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Qaçqınkom” sədrinin departamentə gətirdiyi kadrın şok dosyesi

“Qaçqınkom” sədrinin departamentə gətirdiyi kadrın şok dosyesi

Tarix:

22-05-2018, 13:48

/ 1 851 dəfə oxundu.
“Qaçqınkom” sədrinin departamentə gətirdiyi kadrın şok dosyesi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin etdiyi Natiq Hüseynov barəsində məlumatlar əldə etmişik

FİA.Az-a verilən məlumata görə, N.Hüseynov bu təyinatdan əvvəl Bərdə Rayon Polis Şöbəsində rəisin əməliyyatı işləri üzrə müavini vəzifəsində işləyib.

Repatriasiya Departamentinin sabiq direktoru Elman İsmayılovun adı köçkünlərə verilən mənzillərin satışında, paylanması zamanı qeyri-qanuni işlərdə hallanırdı.

“Qaçqınkom” sədri onun yerinə N.Hüseynovu təyin edərkən ictimaiyyətdə hər hansı təəccüb doğurmayıb. Çünki bu kadr cəmiyyətə tanış ad deyil.

Bərdədən isə saytımıza deyilib ki, Bərdə RPŞ rəis müavini işləmiş N.Hüseynov rayonda heç də yaxşı fəaliyyəti ilə xatırlanmır.

Sakinlər təəccüb edirlər ki, Bərdədə mənfi reputasiyaya malik olan sabiq rəis müavininə “Qaçqınkom” sədrinin yüksək vəzifə verməsi ağılasığmazdır.

İddialara görə, Bərdənin polis rəisi, rayonda fəaliyyəti yüksək qiymətləndirilən İlqar Məmmədov təyinat alarkən ilk işindən biri də N.Hüseynovu sərəncama göndərilməsi olub.

Onun rəsmi olaraq yaş senzi ilə əlaqədar vəzifəsindən azad etsələr də, əslində fəaliyyətindəki nöqsanlara görə işindən çıxarmışdılar.

FİA.Az-a verilən məlumata görə, N.Hüseynov Bərdədə rəis müavini işləyərkən vətəndaşların rəğbətini qazanmayıb. Əksinə, adı bir sıra xoşagəlməz işlərdə hallanıb.

Bu əməllərin nədən ibarət olduğu haqda detallı və təfsilatı ilə növbəti yazılarda məlumat verəcəyik. Onun sələfi Elman İsmayılov isə “Qaçqınkom”un ən çox rüşvətə bulaşmış məmuru idi.

Elman İsmayılov dövlət büdcəsindən hər il milyonları mənimsəməklə yanaşı, dövlətin qaçqınlar üçün tikdiyi evləri kənar şəxslərə satmaqla da hər il yüz minlərlə manat vəsait mənimsəməkdə ittiham olunurdu.

Elman İsmayılovun məcburi köçkünlərə məxsus vəsaitləri öz şəxsi biznesnin inkişafına yönəltdiyi ilə bağlı ölkə mətbuatında çoxlu sayda məqalə dərc edilib.

KİV-də yer alan məqalələrdən də göründüyü kimi, qaçqınların sosial problemlərinin həlli ilə məşğul olmalı olan eks-məmur dövlətin onlara verdiyi yetkidən istifadə edərək öz şəxsi problemlərinin həlli istiqamətində fəaliyyət göstərib, dövlət vəsaiti hesabına öz biznes imperiyasını günü-gündən genişləndirib.

Son vaxtlar Bakıətrafı ərazilərdə sovet dönəminə məxsus ferma və torpaqların E.İsmayılov tərəfindən ələ keçirilməsi və tamamilə sökülməsi prosesi müşahidə edilməkdədir.

Sovet dövrünə məxsus tövlələri sökən, ərazini qalınlığı yarım metrə çatan hündür beton hasarlarla əhatələyən “Qaçqınkom” yetkilisi keçmiş ferma torpaqlarında müasir tövlələr inşa etməkdədir.

Artıq tikintisi aparılan bu tövlələrin inşasının yaxın bir neçə ayda başa çatdırılması nəzərdə tutulub.

Nazirlik yetkililərinə məxsus məlum fermalardan biri Novxanı kəndinin girəcəyində, yolun sol tərəfində yerləşir ki, burada hər gün onlarla ağır texnikanın işlədiyi müşahidə edilməkdə idi.

Kənd sakinlərin sözlərinə görə, tikiləcək fermalarda iribuynuzlu mal-qara ilə yanaşı, müxtəlif quş növləri də yetişdiriləcək

Başa çatandan dərhal sonra istifadəyə veriləcək tövlələrdə Bakı kəndlərindən də xeyli sayda şəxsin fəhlə kimi çalışması nəzərdə tutulubmuş.

FİA.Az

Şərhlər

XƏBƏR LENTİ