SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Heydər Əsədova embarqo: nazirə müşavirədə söz verilmədi - Pərdəarxası

Heydər Əsədova embarqo: nazirə müşavirədə söz verilmədi - Pərdəarxası

Tarix:

29-03-2018, 10:19

/ 1 616 dəfə oxundu.
Heydər Əsədova embarqo: nazirə müşavirədə söz verilmədi - Pərdəarxası

Bərdədə keçirilən pambıq müşavirəsində kənd təsərrüfatı naziri Heydər Əsədova çıxış üçün söz verilməyib

Aqrar sektora aid müşavirədə KTN rəhbərinə söz verilməməsi siyasi çalarlar daşıyır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qudası olan H.Əsədovun seçkilərdən sonra vəzifəsindən uzaqlaşdırılması gözlənilir. Buna görə də müşavirədə ona qarşı bu addım atılıb.

Eyni zamanda prezidentin pambıqçılığın məhsuldarlığından narazı qalması və KTN-nin uğursuz fəaliyyəti nazirin çıxışına embarqo qoyulmasına səbəb olub.

Əslində Azərbaycanda pambıq sevdası doğru-dürüst yanaşma ilə aparılmır. Yenidən sovet vaxtında olduğu kimi bu sahədə işlər dövlət nəzarəti və dəstəyi ilə aparılmağa çalışılır.

Pambıqçılığın inkişafı üçün təməl şərtlər: sərbəstlik, özünü stimullaşdırma, məhsulların xarici bazara çıxarılmasına şərait yaradılmadı. Ancaq dövlət nəzarəti altında, bir proqram kimi aparıldı.

Bu cür yanaşma isə çox vaxt effekt vermir. Ölkədə pampıqçılığın məhsuldarlığı isə orta dünya səviyyəsindən təxminən 2 dəfə aşağı səviyyədədir.

2004-cü ilin məlumatları hələ də Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin saytında var və kim istəsə, açıb baxa bilər. Ciddi bir dəyişiklik olmadı.

Yəni, 2017-ci ildə 200 min ton civarında pampıq yığılması valyuta gətirəcək səviyyədə deyildi. Ondan əlavə, nə qədər qəribə səslənsə də pambıqçılıq hələ uzun illər valyuta gətirən deyil, aparan sahəyə çevriləcək.

Çünki Azərbaycanda bu sahəyə xidmət edən heç bir texnika, avadanlıq istehsal olunmur, toxum, gübrə xaricdən gətirilir. Yəni, hələ pampıqçılıq uzun müddət valyuta gətirəcək sahə olmayacaq.

Nə qədər ki, bu kommersiya əsasları, biznes məntiqi ilə işləmir, nə qədər ki, insanların öz marağı çərçivəsində bu sahə inkişaf etdirilməyəcəksə, bunun rentabelliyindən danışmaq çox çətin məsələdir.

FİA.Az xəbər verir ki, H.Əsədovun nazir fəaliyyəti ölkə rəhbərliyini qane etmir. Onun aqrar sektorda göstərdiyi nəticələr olduqca zəifdir.

Bundan əlavə, Z.Məmmmədovun gedişindən sonra qudasının nazir kimi vəzifədə saxlanması uzun çəkməyəcək. Prezident nazir Heydər Əsədova da eləcə 2016-cı ildə Nazirlər Kabinetinin ötən ilin hesabat yığıncağına həsr olunmuş müşavirədə lazımi sözünü dedi:

"İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi… Dedi ki, taxılın az olması quraqlıqla bağlıdır… Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə.

Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox…”.

Ona görə də Bərdədə keçirilən müşavirədə H.Əsədova söz verilməməsi artıq dövlət başçısının ona münasibəti idi. Prezidentin Bərdədə keçirdiyi pambıq müşavirəsi olduqca əhəmiyyətli idi.

Dövlət başçısı mühüm mesajlar verdi, bu yöndə görülən işlərdən, nəticələrdən danışdı, çatışmazlıqları qeyd etdi və məmurlara tapşırıqlar verdi.

Ümumiyyətlə, illərlə bu sahənin məhv olunmasında məmurların böyük xidməti olub.

Bu gün də həmin məmurlar arasında pambıqçılığın inkişafına əngəl törədənlər var. Kənd təsərüfatı naziri Heydər Əsədovun rayon icra hakimiyyətləri ilə birgə korrupsiya şəbəkəsi quraraq aqrar sektoru məhv edir.

KTN şefi aqrar sektoru məhv etməklə və fermerlərə divan tutmaqla büdcədən kənd təsərrüfatına ayrılmış milyonları yağmalayır. Bu mənimsəmələrdə nazir təkbaşına deyil və korrupsiya əməliyyatlarına icra hakimləri də şərik olublar.

Araşdırmalar zamanı aydın olub ki, istər pambıq yığımı, istərsə sahələrin artezianla təmin olunması, istərsə texnika təminatında ciddi yeyintilərə yol verilib. Bu da fermerlərə və kəndlilərə baha başa gəlir. Nəticədə onlar məmurlar tərəfindən soyulur.

Nazirlik guya kombayn çatışmazlığı təəssürat yaradıb. Halbuki, ölkədə kifayət qədər kombayn var. Sadəcə, bu texnika fermerlərə rüşvət müqabilində verilir.

Bu işləri əslində, KTN-nin yerlərdəki idarələri həyata keçirməlidir. Lakin məlum olub ki, H.Əsədovun yerlərdəki idarələri müqəvvadır və formal xarakter daşıyır.

KTN rəhbəri həmin korrupsiya fəaliyyətini yerlərdəki icra başçıları ilə reallaşdırır. İcra başçılarının göstərişi altında fermerlər kombayn əldə edə bilir.

Əldə etdiyimiz bilgilərə görə, digər qanunsuzluq su artezianları ilə bağlıdır. Qanunla 12 hektar əraziyə bir artezian vurulur. Bu bölgü işi də icra başçıları tərəfindən aparılır. KTN-nin yerlərdəki idarələri artezianları pulsuz verməlidir.

Bu barədə ölkə rəhbərliyinin tapşırıqları var. Ancaq icra hakimləri bir artezianı 20-25 min manata vurur. Hər fermerdən 25 min manat alınanda il ərzində milyonlar dövr edir. Nazirliyin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ