SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədovun nazir qudasının karyerası bitir - qara siyahıda icra başçıları da var

Ziya Məmmədovun nazir qudasının karyerası bitir - qara siyahıda icra başçıları da var

Tarix:

15-11-2017, 09:55

/ 4 379 dəfə oxundu.
Ziya Məmmədovun nazir qudasının karyerası bitir - qara siyahıda icra başçıları da var

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun başı üzərində “qara buludlar əsir”.
Daxil olan məlumatda iddia olunur ki, Heydər Əsədov artıq hakimiyyət komandasında oyundan kənar vəziyyətə salınıb. Məlumata görə, prezidentin rayonlarda aqrar sektora həsr olunmuş müşavirələrində Heydər Əsədovun görünməməsi də bununla bağlıdır. Məlumat üçün deyək ki, həmin müşavirələrdə aqrar sektordakı vəziyyətlə bağlı adətən iqtisadiyyat naziri Şahin Mustafayev məruzə edir. Lənkəranda keçirilən müşavirəni nümunə kimi göstərmək olar.
Bildirilir ki, Heydər Əsədovun kənd təsərrüfatı sahəsinə rəhbərliyi artıq formal xarakter daşıyır. Yaxın vaxtlarda onun vəzifəsinə əlvida deyəcəyi iddia olunur.
Heydər Əsədovun hədəfə gəlməsi müxtəlif səbəblərlə izah edilir. Bəzi mənbələr onun “qara siyahı”ya düşməsini Ziya Məmmədovun qudası olmaqla əlaqələndirirlər. Lakin onun vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini də səbəb kimi göstərənlər var. İstənilən halda Heydər Əsədovun karyerası bitmək üzrədir.
Məlumat üçün deyək ki, Heydər Əsədov kənd təsərrüfatı naziri olmamışdan əvvəl Hesablama Palatasının sədri vəzifəsində çalışıb. Bundan əvvəl isə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının rəhbəri, maliyyə nazirinin müavini olub. Samir Şərifov maliyyə naziri təyin olunandan sonra bu vəzifədən uzaqlaşdırılıb. Mətbuatın yazdığına görə, elə bu səbəbdən Heydər Əsədov Samir Şərifovu devirərərk maliyyə naziri olmaq sevdasına düşüb. Zaman-zaman bu vəzifə uğrunda mübarizə aparıb. Maliyyə Nazirliyinə nəzarəti ələ keçirmək istəyən bəzi oliqarxlar da bu məsələdə Heydər Əsədova dəstək verib. Lakin Samir Şərifovu hələ ki, devirmək mümkün olmayıb.
Sonda yada salaq ki, Heydər Əsədov bir neçə ay əvvəl oğlu ilə gündəmə gəlmişdi. Mediada yayılan xəbərlərə görə, nazirin oğlu Asif Əsədzadə Londonda “Porche” markalı maşınla avtoşluq edib. Olayın görüntüləri də sosial şəbəkələrdə və internet mediada yayılmışdı.
Daxil olan məlumatlara görə, H.Əsədovla yanaşı, Ziya Məmmədova yaxın icra başçıları da vəzifələri ilə vidalaşmalı olacaq.

İstiqlal.az

Şərhlər

XƏBƏR LENTİ