SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » VÜSAL NOVRUZOV BAKININ “RƏİSİ” NECƏ OLDU?

VÜSAL NOVRUZOV BAKININ “RƏİSİ” NECƏ OLDU?

Tarix:

12-03-2018, 10:31

/ 5 121 dəfə oxundu.
VÜSAL NOVRUZOV BAKININ “RƏİSİ” NECƏ OLDU?

Buna görə o hansı Etibara minnətdar olmalıdır?

Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov barəsində mətbuatda tənqidi məzmunlu bir çox yazılara rast gəlmək olur. Ancaq onların çoxu “dezo” olduğu üçün onları istinadla dərc etməyə də çətinlik çəkirik.
Deyilənə görə bu şəxsin dostları çoxdur. Onun dostları arasında sinif yoldaşı Etibar adlı polis serjantından tutmuş, üzü yuxarı bir çox iri ranqlı məmurlara rast gəlmək olur.
Ancaq Etibar adı Vüsal Novruzov üçün çox düşərli olub. Vüsal Novruzovun ilk dostluq etdiyi Etibar onunla Naxçıvanda orta məktəbdə 10 il bir partada əyləşib. Sonradan Etibar polis serjantı olur ,Vüsal Novruzov isə Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunur. Necə deyərlər, hər bir insanın taleyi və alın yazısı onunla birlikdə həyata göz açır.
Ölkə mətbuatının yazdığına görə guya Vüsal Novruzov sonradan sinif yoldaşı Etibarı öz xidməti otağına dəvət edir və otağını ona göstərərək deyir ki, “hə Etibar taleyə bax, mən general, sən isə polis serjantı… ”.
Amma əldə etdiyimiz məlumata görə Vüsal Novruzov general və rəis olmağına görə Etibara borcludur. Bəli, Etibara… Ancaq polis serjantı olan Etibara yox, Bakı Baş gömrük idarəsinin rəisi olan general-mayor Etibar Mirzəyevə.
Bildirilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov illər əvvəl Etibar Mirzəyevi çağırıb yanına və ona sual verib ki, “sənin Bakı Baş gömrükdə ETİBAR etdiyin insan var?” Etibar Mirzəyev də cavab verib ki ,”bəli var, həmin şəxs Vüsal Novruzovdur”. Kamaləddin Heydərov da Etibar Mirzəyevə bildirir ki, “get vəzifəni Vüsal Novruzova təhvil ver”.
Hətta deyilənə görə Etibar Mirzəyev Kəmaləddin Heydərovun sualına düz cavab verdiyinə görə, sonda peşman da olub ki, bu da başa düşüləndir. Onun ağlına yuxuda belə gəlməzdi ki, təsadüfən gömrük sisteminə gələn Vüsal Novruzov vaxt gələcək Etibar Mirzəyevin özünü Bakı Baş Gömrük İdarəsinin rəisi postunda əvəz edəcək. Özü də necə yüksək səviyyədə.
Daxil olan məlumata görə bütün respublika üzrə gömrükdə kadr məsələləri Vüsal Novruzova həvalə olunub. Baxmayaraq ki, DGK-nin kadrlar idarəsi də var və yeri gəlmişkən DGK-nin sədri vəzifəsində Aydın Əliyev çalışır. Ancaq Vüsal Novruzovun “böyüklüyü” bununla da bitmədi.
Belə ki,365info-nun əldə etdiyi məlumata görə mətbuatda bir çox mətbu orqanların rəhbərlərinin, özlərinə ehtiyac olmasa da, onların yaxın qohumlarına gömrükdə üzləşdiyi hansısa problemlə bağlı Vüsal Novruzov tərəfindən köməklik olunur. Hətta baş redaktorların bir çox yaxın qohumları bu cür köməkliklərdən bəhrələnərək bir neçə illər ərzində yaxşı qazanc əldə etdiklərini gizlətsələr də, sonda əlbəttə ki,bunların hamısı üzə çıxıb. Həmin qohumlar tərəfindən Vüsal Novruzova bu illər ərzində hörmət əlaməti olaraq bahalı hədiyyələr təqdim olunsa da, onun uzaqgörənliyi onu heç vaxt aldatmayıb və hər dəfə həmin qohumlara rədd cavabı verilib.
Misal üçün, Vüsal Novruzovun Naxçıvandan tanıdığı Hacı Anar adlı bir dostu var. Bu şəxs Xətai rayonunda yerləşən tanınmış “Həyat” çay evinin sahibi kimi özünü təqdim etsə də, əslində bu belə deyil.
Apardığımız araşdırmalara görə çay evi onun yox, başqa bir çox imkanlı şəxsin çay evidir. Hətta bir müddət əvvəl bəzi saytlar yazırdılar ki, guya bu çay evi Vüsal Novruzovundur, sadəcə Hacı Anar çay evinə “adminlik” edir. Ancaq saytlar Vüsal Novruzovun özünün və yaxud da yaxın qohumlarının adına həmin çay evinin olduğu sənədi oxuculara təqdim edə bilmədikləri üçün, həmin məlumat gündəmdən düşdü.
Məlumata görə Hacı Anar da sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun da karqo şirkətləri var. Hacı Anar da Vüsal Novruzovla dost olduğu üçün çox güman ki, gömrükdə çətinlikləri olanda ona da köməklik olunur. Və bu da yenə də Vüsal Novruzovun bir dost kimi “böyüklüyündən” irəli gələn məsələdir.
Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzlinin sağ əli sayılan Xaliq Abbsova da vaxtı ilə Bakı gömrüyündə köməkliklər olunub. O da vaxtı ilə Vüsal Novruzova bahalı qol saatı hədiyyə etmək istəyib, ancaq sonda digərləri kimi rədd cavabı alıb.
Hətta Xaliq Abbsov öz yaxın ətrafının yanında qürrələnərək guya Qəbələ rayonunda Vüsal Novruzovun onu Kəmaləddin Heydərovla görüşdürəcəyi və onun icra başçısı təyin olunacağı barədə sör-söhbətlər yayıb. Ancaq Xaliq Abbasovun şəriklərindən biri bu məlumatı Vüsal Novruzova çatdırandan sonra Xaliq Abbasov Bakı gömrük idarəsindən deport olunaraq Sumqayıt gömrük idarəsi ilə işləməyə məcbur olub.
Bax belə, əziz oxucu. Bir çoxları Vüsal Novruzovdan ağıllarına gələnləri yazırlar, general da əsəbləşib onları xüsusi ittiham qaydasında məhkəməyə verir. Buna görə də hansısa məmurdan tənqidi yazı yazmaqdan əvvəl çalışın onun tarixinə ekskurs edin.Bundan sonra bəlkə də onun barəsində ağlınıza gələni yazmaqdan vaz keçəcəksiniz…

365İNFO.AZ

Şərhlər

XƏBƏR LENTİ