SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həsənağa Turabovun polis oğlu belə xatırlanır... - FOTOLAR

Həsənağa Turabovun polis oğlu belə xatırlanır... - FOTOLAR

Tarix:

1-03-2018, 14:28

/ 3 542 dəfə oxundu.
Həsənağa Turabovun polis oğlu belə xatırlanır... - FOTOLAR

Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində keçilən hər addım yola, bu şərəfli tarixin hər gününə boylanıb baxanda Vətənə sədaqət, dövlətə, dövlətçiliyə, xalqa sədaqətin nümunəsini görürük. Torpaqlarımızın müdafiəsində şəhid olan eləcə də ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən mərdliklə həlak olan polislərimizin keçdiyi yol heç zaman unudulmayacaq.

xalqxeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, 1997-ci il martın 11-də Siyəzəndə baş verən ağır cinayət hadisəsi baş verdi. Rayon Polis Şöbəsinə şəhər sakini Əlişir Tağıyevdə odlu silah olması barədə daxil olan məlumatın yoxlanması ilə əlaqədar əməliyyat qrupu həmin şəxsin yaşadığı ünvana gedirlər. Qrupa isə rəis müavini İmran Mustafayev rəhbərlik edib. Hazırda RPŞ-nin rəis müavini işləyən polis polkovnik-leytenantı Arzu Rzayev 1997-ci ildə əməliyyat müvəkkili çalışırdı və əməliyyat qrupunda idi.

Əli silahlı cinayətkarı zərərsizləşdirməyə gələn polis qəfildən avtomatdan açılan güllərələ tuş gəliblər. Ə.Tağıyevlə rastlaşan Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Daşqın Turabov onu zərərsizləşdirməyə cəhd etsə də qəfil atəşə tuş gəlib. Xəstəxanaya çatdırılan D.Turabovun həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək olmur. Öz yoldaşlarının canlarını qörumaq üçün öz ömrünü fəda edib. İş yoldaşlarının yaddaşlarına həkk olunan Daşqın Turabov bu gün də unudulmur. RPŞ-nin girişində Daşqın Turabovun əziz xatirəsinə xatirə guşəsinə yaradılıb. Polis şöbəsinin yerləşdiyi küçəyə Daşqın Turabovun adı verilib.

Qeyd edim ki, D.Turabov Azərbaycan teatrının görkəmli nümayəndəsi, xalq artistimiz Həsənağa Turabovun oğlu idi.

Allah rəhmət eləsin
Həsənağa Turabovun polis oğlu belə xatırlanır... - FOTOLAR
Həsənağa Turabovun polis oğlu belə xatırlanır... - FOTOLAR
Həsənağa Turabovun polis oğlu belə xatırlanır... - FOTOLAR
Həsənağa Turabovun polis oğlu belə xatırlanır... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ