XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Tanınmış xanım hakimin qardaşı oğlu yenidən həbs olundu

Tanınmış xanım hakimin qardaşı oğlu yenidən həbs olundu

Tanınmış xanım hakimin qardaşı oğlu yenidən həbs olundu
28-02-2018, 12:37

Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənovanın qardaşı oğlu indi də oğurluqda ittiham olunur
Adı “ekstazi işi”ndən ictimaiyyətə bəlli olan Yalçın Rəşid oğlu Həsənov yenidən gündəmdədir. Xəzər rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu olan Yalçın Həsənov 2008-ci ildə Türkiyədən Azərbaycana daşınan uyuşdurucu – ekstazi işinə görə o dövrdə fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilmişdi. Onunla bərabər mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamov və daha 11 nəfərin tutulmuşdular. Yada salaq ki, Rəşid Həsənov 2011-ci ildə əfv sərəncamı əsasında həbsdən azad edilib.
Yalçın Həsənovun adı bu dəfə Bakı sakini Mehriban Rəhmanovaya qarşı fırıldaqda hallanır. Milval.info-ya müraciət edən qadıb bildirib ki, Yalçın Həsənov onun evini kirayə götürüb və evdəki bütün əşyaları mənzil sahibibəsinin icazəsi olmadan satıb.
M.Rəhmanova deyib ki, Yalçın Həsənov mənzili kirayə götürərkən özünü vəzifəli şəxsin qohumu kimi təqdim edib. Yalçın adlı şəxsə güvənib evini kirayə verən M.Rəhmanovanın sözlərinə görə, o, evdəki bütün əşyaları satıb, boş evdə “bomj” kimi yaşayıb:
“İnternet saytlarına mənzilimi kirayə verməyimlə bağlı elan yerləşdirdim. 2017-ci il 23 dekabr tarixində mənzilimi 1979-cu il təvəllüdlü Yalçın Rəşid oğlu Həsənova kirayəyə verdim. O, özünü keçmişdə Ali Məhkəmədə və Ədliyyə Nazirliyində çalışan Südabə Həsənovanın ( S.Həsənova indi Konstitusiya Məhkəməsinin hakimidir.

Bu linkə bax:

http://www.constcourt.gov.az/cat/3 ttp://www.constcourt.gov.az/cat/3) qardaşı oğlu kimi təqdim etdi. Bununla da mənim etimadımı qazandı. Mən fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirdə, belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə də, mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim. Yalçın Həsənov məni əmin etdi ki, mənzilimdə həyat yoldaşı ilə uzun müddət yaşayacaq, mən də evimi ona kirayə verdim. Onun sözlərinə əsasən, 2 övladı anası ilə yaşayır və yalnız həftəsonları mənzilə gələcəklər. Sonra isə biz müqavilə bağladıq, o şəxsiyyət vəsiqəsini təqdim etdi, mən isə ona mənzilin açarını verdim. Bir ay ərzində mən ”whatsapp” vasitəsilə onun xanımı Fira ilə əlaqə saxladım. Mənzil pulunu vermədilər, telefonlarımı açmırdılar, daha sonra isə mənim nömrəmi qara siyahıya əlavə etdilər. 2018-ci il 25 yanvar tarixində mən bir neçə şahidlə mənzilimə daxil olub ev əşyalarımın oğurlandığını gördüm. Polisə müraciət etdim. 2 gün sonra onu, yəni Yalçın Həsənovu mənim mənzilimdə həbs etdilər. O, son günədək heç nə olmamış kimi mənzildə yaşamağa davam edib. O, “bomj” kimi döşəmədə yatırmış. Çünki evdəki bütün əşyaları satıb”.
Ev sahibəsi əlavə edib ki, Y. Həsənovun əvvəllər vəzifədə olmuş atası dəymiş ziyanı ödəyəcəyini vəd etsə də, sonda heç nə əldə edə bilməyib: “Onu həbs etdikdən sonra 19 nömrəli polis bölməsinə atası Rəşid Həsənov gəldi. Oğlunu həmin gün azad etdilər, atası söz verdi ki, mənzildən satdığı bütün əşyaları 3 gün ərzində geri qaytaracaq. Lakin heç kim heç nə qaytarmadı. Mənə 7500 manat dəyərində zərər veriblər. Hazırda barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Y.Həsənov artıq saxlanılıb və Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.