SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » SOCAR-ın idarə rəisi Vasif Əmirov Türkiyədə milyonluq villa aldı

SOCAR-ın idarə rəisi Vasif Əmirov Türkiyədə milyonluq villa aldı

Tarix:

28-02-2018, 12:35

/ 3 826 dəfə oxundu.
SOCAR-ın idarə rəisi Vasif Əmirov Türkiyədə milyonluq villa aldı

Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov Neft Şirkətinin digər rəhbər işçilərindən geri qalmamaq qərarına gəlib

Azərbaycanda yüksək vəzifəli məmurların əksəriyyətinin xarici ölkələrdə mülk almaları barədə ölkə mediasında saysız hesabsız məlumatlara rast gəlmək olar. Xüsusi ilə də məmurların Türkiyədə bahalı əmlak sahibi olmaları artıq dəbə çevrilib.

Tendensiya.com-a özəl mənbələrdən daxil olan məlumata görə Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov bir müddət öncə İstanbul şəhərində dəbdəbəli bir mülk əldə edib. Məlumatda bildirilir ki, SOCAR şirkətinin idarə rəisi İstanbulun mənzərəli yerlərindən birində aldığı villa üçün bir neçə milyon türk lirəsi xərc çəkib.

Görünür, Vasif Əmirov SOCAR-ın bir çox idarə rəislərindən geri qalmamaq üçün bu addımı atıb. Qeyd edək ki, mediada SOCAR-ın əksər rəhbər işçilərinin Türkiyədə bahalı mülkə sahib olmaları ilə təkzibolunmaz məlumatlar dərc olunub.

Bir müddət öncə ölkə mediasında Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun prezident seçkisindən sonra SOCAR-da vitse prezident təyin ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı.Həmin məlumatlarda Vasif Əmirovun SOCAR vitse prezidenti Rəhman Qurbanovu əvəzləyəcəyi iddia edilirdi.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ