SOCAR-ın Türkiyədəki investisiyalarının həcmi açıqlandı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyalarının ümumi həcmi 12,6 milyard dollara çatıb.
Bunu Azərbaycan mətbuatına verdiyi ilk müsahibəsində “SOCAR Turkey Energy” şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte deyib.
O qeyd edib ki, SOCAR Türkiyədə investisiyaları öz törəmə şirkəti - 2008-ci ildə “Petkim”in alınması ilə fəaliyyətə başlayan “SOCAR Turkey Energy” vasitəsilə həyata keçirir.
M.Lekompte vurğulayıb ki, "SOCAR Turkey"nin irimiqyaslı investisiya layihələri arasında “Petkim” külək elektrik stansiyası, STAR neft emalı zavodu, eləcə də TANAP yer alır və bu layihələrin 2018-ci ildə işə salınması gözlənilir:
“İnvestisiyaların ümumi həcmi 12,6 milyard dollara çatıb. Bu layihələrin başa çatmasından sonra investisiyaların 19,5 milyard dolları keçəcəyi nəzərdə tutulur. Bundan başqa, gündəlikdə ikinci neft-kimya kompleksinin tikintisi dayanır”.
Qeyd edək ki, “SOCAR Turkey Energy” Türkiyə iqtisadiyyatına sərmayə qoyan ən iri investorlardandır. 2018-ci ildə “SOCAR Turkey Energy”nin dövriyyəsinin 15 milyarda dollara çatacağı gözlənilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...