SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daşqın İskəndərovun “Pirallahı” planı

Daşqın İskəndərovun “Pirallahı” planı

Tarix:

9-08-2017, 10:07

/ 115 801 dəfə oxundu.
Daşqın İskəndərovun “Pirallahı” planı

“Azneft” rəhbərinin yeznəsi Vasif İmanova qarşı
Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin rəisi Daşqın İskəndərovun yeni planı ilə bağlı maraqlı faktlar daxil olub. Məlumatda bildirilir ki, “Azneft” rəhbəri Pirallahı rayonuna öz yaxın adamını icra başçısı təyin etdirmək üçün qüvvələrini səfərbər edib.
Mənbənin bildirdiyinə görə D.İskəndərovun planına onun yeznəsi, “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçəli Mahmudov rəhbərlik edir. Məlumatda qeyd olunur ki, Pirallahı rayon icra başçısı Vasif İmanovun “vurulması” və SOCAR şefi Rövnəq Abdullayevlə münasibətlərinin gərginləşməsi üçün medianın da imkanlarından istifadə ediləcək.
Xatırladım ki, bir neçə gün öncə “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçəli Mahmudovun fəaliyyətindən olan narazılıqlardan geniş bəhs etmişdi. Həmin yazıda qeyd olunurdu ki, “Azneft”İB –nin rəisi D.İskəndərov yeznəsi Qoçəli Mahmudovla birləşərək NQÇİ – ni ailə idarəsinə çevirib və kollektivin onlarla qohum olmayan sadə nümayəndələrinə haqsız hücumlarını davam etdirirlər. Adıçəkilən şəxslərin qohumlarının “Neft daşları”nda vəzifələrə təyin edilməsi saytın araşdırmasında yer alıb.
Bu yolla dövlətin milyonlarını mənimsəyən yeznə və qayın indi növbəti gedişlərini etməkdədirlər. Realliq.info – nun əldə etdiyi məlumatda qeyd olunur ki, Daşqın İskəndərovun tapşırığı ilə Pirallahı rayonunda Vasif İmanova qarşı xüsusi qrup yaradılıb. Bu qrupa icra başçısının müavini Vəzir Səfixanov və icra aparatında çalışan bəzi məmurlar da dəstək verməkdədir. Xatırladaq ki, V.Səfixanov SOCAR şefinin qudası Zeynal Əliyevin yaxın qohumudur.
Araşdırmalarda o da məlum olub ki, Pirallahı icra başçısı bu yaxında yeni vəzifəyə təyin olunmaq üçün sənədlərini yuxarılara təqdim edib. Onun boş qala biləcək yerinə görə kəskinləşən savaş Vasif İmanovun arzularının üstündən xətt çəkə bilər.
“Azneft”İB-nin rəhbərinin tapşırığı ilə ölkədə bəzi media nümayəndələrinə Piallahı icra başçısı ilə bağlı məlumatlar verilib. Yaxın zamanlarda Vasif İmanovun “vurulması” üçün işlənən “Pirallahı” planına start veriləcək.
Yazıda adı keçən şəxslərin də fikirlərini öyrənməyə və dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.

Realliq.info

Şərhlər

XƏBƏR LENTİ