SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qadınlar, diqqət: kişini özünüzə bu cür aşiq edin

Qadınlar, diqqət: kişini özünüzə bu cür aşiq edin

Tarix:

26-01-2018, 13:38

/ 2 161 dəfə oxundu.
Qadınlar, diqqət: kişini özünüzə bu cür aşiq edin

Birisinin diqqətini çəkmək hər şeydən əvvəl özünüzə güvənməniz və şəxsiyyətinizi olduğu kimi ortaya qoya bilmənizlə əlaqədardır. Ailem.az qadınlara kişini özünə aşiq etmənin yollarını təqdim edir.
Özünüz olun. Əgər saxta davranırsızsa, cazibədar görünmənizin önəmi yoxdur, çünki sevəcəyi şəxs siz deyilsiz.
Görünüşünüzə diqqət edin. Baxımlı olun. Birisinə cazibədar görünmək istəyirsizsə, özünüzü inkişaf etdirməlisiz. Bu, daha arıq olmaq üçün pəhrizlər saxlamalı, qarderobunuzu başdan ayağa dəyişməli, ya fərqli dramatik saç kəsimi etməlisiz anlamına gəlməz. Sadəcə, yaxşı göründüyünüz geyimləri geyinin. Bu, ilk öncə özünüzə güvəni artıracaq, sonra ona cazibədar görünməyə kömək edəcək.
Dinləyin. Kişilər özləri haqqında danışmağı xoşlayarlar və bunu edərkən onları diqqətlə izləyən qadını cazibədar hesab edərlər. Yəni bir kişiyə təsir etmək üçün danışmaqdan çox dinləməyi bacarmalısız.
Gülün. Bir kişiyə təsir etmək üçün yumor anlayışınızın olduğunu göstərmək önəmlidir. Zarafatlarını anlamanız, gülməniz, hətta başqa zarafatla qarşılıq verməniz onun çox xoşuna gələcək.
Xoş davranın. Kişilər pozitiv qadınları sevərlər. Heç kim pessimist, neqativ düşüncəli bir qadınla vaxt keçirmək istəməz.
Şirin olun. Qadınlar bəzən pişik kimi davranarlar. Kişilər şirin və tünd xasiyyət olmayan qadınları sevərlər.
Flirt edin. Kişilər diqqət görmək və bəyənildiyini bilməkdən xoşlanar. Saçlarınızla oynamaq, kiçik təmaslar qurmaq, anlatdıqlarını gülümsəmə və qəhqəhə ilə qarşılamaq işə yarayacaq.
Fərqli olun. Fərqli olmanız hər kəsin diqqətini çəkəcək. Qarşılaşdığı qızlardan daha fərqli biri olduğunuzun fərqinə varmaq onun işidir. Ancaq siz də hansısa mövzudan danışarkən şablon sözlərlə başlamayın.
Zərif olun. Dilinizin dolaşması, ayaqlarınızın titrəməsnə əngəl olmağa çalışın. Onun qarşısına özgüvəninizlə çıxın.
Fiziki təmas. Kişilər fiziki təması sevər və toxunmaq yaxınlıq qurmaq üçün ən sürətli yollardan biridir. Zarafat edərkən çiyninə toxuna, ya bir şey danışarkən əlinə barmaqlarınızla toxuna bilərsiz.
Yeməyə bir şeylər təklif edin. Onu yeməyə dəvət edə, ya da daha yaxşısı özünüz onun üçün bir şeylər bişirə bilərsiz.
Ona sərbəstlik verin. Bir kişiyə hər zaman sərbəstlik verin. Əgər özünü qəfəsdə hiss edərsə, işıq sürəti ilə yoxa çıxacaq. Dostları ilə vaxt keçirməsinə, təkbaşına əylənməsinə hörmətlə yanaşdığınızı bilməlidir.
Qoy o sizi axtarsın. Onu tez axtarmaq, arxasınca düşmək işə yaramayacaq. Sizinlə həqiqətən maraqlanırsa, axtaracaq. Səbrli olun.
Güzgü təqlidləri edin. Birinin diqqətini çəkmək üçün psixoloji olaraq güzgü təqlidi edin. Onun etdiklərini siz də ona edin.
Göz təması qurun. Bir insanın gözünün içinə baxmaq onunla yaxınlıq qurmanın ən yaxşı yollarından biridir. Çox uzun olmasa da, ünsiyyət qurarkən baxmağa çalışın.
Ümidsiz görünməyin. Kişilər ona güvənən qadınlardan xoşlanır. Tam güvənməsəniz də, yenə də ona güvənirmiş kimi davranın. Hər şey yeni başlayır onsuzda.
Güvənilir biri olun. Hər kəs güvənə biləcəyi biri sevir.
Bir az sirr qalmalı. Açıq bir kitab olmayın. Daha çox öyrənmək üçün geri gəlməsini istəyirsizsə, hissləriniz, həyatınızla bağlı gizli məqamlar da saxlayın.
Maraq duyduğu şeyləri dəstəkləyin. Münasibət ikitərəfli yaşanır. Maraq duyduğu şeylərə siz də hörmət edin.
Gözləməyi bacarın. Onu çox bəyənir, dəli kimi sevir, evlənib tez onun olmaq istəyirsizsə, gözləyin. Hələ bir-birinizi tanımağa, uzun bir münasibəti davam etməyə cəhd edin. Hər şeyin bir vaxtı var.

Şərhlər

XƏBƏR LENTİ