Kişilər belə qadınları cazibədar hesab edir
Cazibədar olmağın qaydaları dəyişir. Elm adamları tərəfindən aparılan son araşdırmalar kişilərin gözəllik duyumunun dəyişdiyinin bir işarəsidir. İdeal qadın tipi sərhədlərini genişləndirib bu normalara uyğunlaşmağa hazırlaşır. Kişilərə görə “yeni cazibədar qadın” tipi barədə məlumat veririk.
Gülümsəmə
”Bir qadının ən cazibədar tərəfi gülümsəməsidir” tezisi araşdırmalarda təsdiqini tapıb. Kişilər gülərüzlü, nəşəli qadınları çox cazibədar hesab edirlər. Əlbəttə, sadəcə gülümsəmə deyil, dişlər də çox əhəmiyyətlidir. Ağappaq, parlaq dişlər də cazibədarlığı artırır.
Üz simmetriyası
Kişilərə görə, qadınlardakı ən cazibədar ünsürlərdən biri üz simmetriyasıdır. Əlbəttə, kimsə sizdən 100 faiz simmetrik bir üz gözləmir. Nə qədər az assimmetriya bir o qədər çox cəlbedicilik deməkdir.
Dodaqlar
Cazibədar qadın fiquru cızılacaqsa, ilk olaraq dolğun dodaqlardan başlayır. Aparılan anketlər isə bu durumun tam tərsini söyləyir. Kişilərə görə, cazibədar qadınların öpülə bilən dodaqları olmalıdır. Bu isə böyük və dolğun dodaqları deyil, nazik və orta qalınlıqda olan dodaqları simvollaşdırır.
Gözlər
Aşiq olduğunuz şəxsə baxdığınız anda gözləriniz böyüyür. Bu durum kişilərə çox cazibədar gəldiyinə görə onlar üçün böyük gözlərə sahib qadınlar daha cazibədardır.
Qaşlar
Kişilər üçün cazibədar qadın tipi düzgün qaşlara sahib olmalıdır. Qaşlar duyğuları ortaya çıxardığı üçün düzgün qaşlara sahib olmaq olduqca maraq çəkici bir ünsür olaraq görülür.
Duruş forması
Dik dur, gülümsə! Kişilər üçün qadın cazibədarlığının ən qısa tanıtımı budur. Duruşunuz insanlara sizin haqqınızda ən dəqiq məlumatı verən ünsürdür. Dik duruş özgüvəni və cazibədarlığı təcəssüm etdirir.
Rəng seçimi
Sadəcə geydikləriniz deyil, seçdiyiniz rənglər də cazibədarlığı göstərən bir vasitədir. Kişilər üçün paltar kodları olduqca bəsitdir:
Qırmızı: Tutqu və eşq
Qara: Özgüvən və zəka

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...